• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.8° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Hörmüz açılır, savaş bitir: Tramp mühüm anlaşmanı elan etdi - Tehran isə...

14 İyun, 26 / 12:27
A A

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aylardır davam edən danışıqların yekun mərhələyə çatdığını açıqlayıb. O bildirib ki, tərəflər arasında ilkin razılaşma artıq əldə olunub və sənədin iyunun 14-də imzalanması gözlənilir.

Çağdaş.Az xəbər verir ki, Trampın sözlərinə görə, saziş qüvvəyə mindikdən dərhal sonra Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün tam açıq olacaq. ABŞ lideri həmçinin iddia edib ki, İran artıq nüvə silahı əldə etmək niyyətində deyil və gələcək razılaşmalar çərçivəsində Tehranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı ayrıca mexanizm hazırlanacaq.

Qərb mediasının yaydığı məlumatlara görə, söhbət hələlik yekun sülh müqaviləsindən deyil, 60 günlük danışıqlar mərhələsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu və ya niyyət sənədindən gedir. Bu müddət ərzində İranın nüvə proqramı, sanksiyaların mərhələli şəkildə yumşaldılması və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Pakistanın Baş naziri Şahbaz Şərif də tərəflərin “razılaşdırılmış yekun mətn” üzərində anlaşdığını və sənədin yaxın 24 saat ərzində elektron qaydada imzalana biləcəyini bildirib. Pakistan son aylarda ABŞ və İran arasında əsas vasitəçilərdən biri kimi çıxış edir.

Lakin İran tərəfi Trampın optimizmini tam bölüşmür. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 13-də bəyan edib ki, sazişin yaxın 24 saat ərzində imzalanacağı barədə məlumatlar hələ təsdiqini tapmayıb. Tehran danışıqlarda irəliləyiş olduğunu qəbul etsə də, yekun qərarın verilmədiyini vurğulayıb.

Məlumatlara görə, memorandumun ilk nəticələrindən biri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası olacaq. Bundan sonra isə ABŞ və İran nümayəndələri nüvə proqramı, uranın zənginləşdirilməsi, sanksiyalar və digər mübahisəli məsələlər üzrə ayrıca danışıqlara başlayacaqlar.

Beləliklə, Vaşinqton və Tehran arasında münasibətlərin normallaşmasına doğru mühüm addım atıldığı görünür. Bununla belə, tərəflərin açıqlamalarındakı fərqlər göstərir ki, yekun sazişin imzalanması və həyata keçirilməsi ilə bağlı hələ də müəyyən qeyri-müəyyənliklər qalmaqdadır./Musavat.com/

 

Bənzər Xəbərlər

Dünya

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Hədəflər VURULDU

İyun 14, 2026
Ukrayna Devlet Başkanı Volodimir Zelenskiy, Rus güçlerinden geri alınan Harkiv bölgesine bağlı İzyum şehrine geldi. Şehre gelen Zelenskiy, İzyum Şehir Konseyi binası önünde Ukrayna bayrağının göndere çekilme törenine katıldı.
  ( Metin Aktaş - Anadolu Ajansı )
Dünya

“Rusiyanın imtinasına cavabımız mühüm obyektləri vurmaqdır”- Zelenski sərt danışdı

İyun 14, 2026
Dünya

İsraildən ABŞ-İran razılaşmasına sərt REAKSİYA

İyun 14, 2026
Dünya

Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD

İyun 14, 2026
Dünya

ABŞ-la memorandum masadadır: İran, Rusiya və Çin səfirləri mühüm qərar üçün toplandı

İyun 14, 2026
Dünya

İran uran anbarlarının yollarını MİNALADI

İyun 14, 2026

XƏBƏR LENTİ

DİM abituriyentlərə müraciət edib

14 İyun, 26 / 15:44

AZAL-dan Naxçıvan reysləri ilə bağlı MƏLUMAT

14 İyun, 26 / 15:26

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

14 İyun, 26 / 15:07

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Hədəflər VURULDU

14 İyun, 26 / 14:50
Ukrayna Devlet Başkanı Volodimir Zelenskiy, Rus güçlerinden geri alınan Harkiv bölgesine bağlı İzyum şehrine geldi. Şehre gelen Zelenskiy, İzyum Şehir Konseyi binası önünde Ukrayna bayrağının göndere çekilme törenine katıldı.
  ( Metin Aktaş - Anadolu Ajansı )

“Rusiyanın imtinasına cavabımız mühüm obyektləri vurmaqdır”- Zelenski sərt danışdı

14 İyun, 26 / 14:33

Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın

14 İyun, 26 / 14:15

Kloze, Pele, Ronaldo… Dünya çempionatının 11 unudulmaz qol vuran oyunçusu

14 İyun, 26 / 13:57

İsraildən ABŞ-İran razılaşmasına sərt REAKSİYA

14 İyun, 26 / 13:39

Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...

14 İyun, 26 / 13:20

Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD

14 İyun, 26 / 13:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.