Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Mosvanın bu müharibəni bitirməkdən imtina etməsinə cavab olaraq, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə yönəlmiş “uzaqmənzilli sanksiyalar” tətbiq etməyə başladığını bəyan edib.
Çağdaş.Az xəbər verir ki, Ukrayna dövlət başçısı ölkəsinin Rusiya daxilindəki strateji hədəflərə endirdiyi son sarsıdıcı zərbələri rəsmən təsdiqləyib.
Zelenskinin sözlərinə görə, Ukrayna hərbi qüvvələri tərəfindən Rusiyanın Yaroslavl vilayətində yerləşən mühüm neft bazasına və Tula yaxınlığındakı strateji əhəmiyyətli “Azot” zavoduna uğurlu və ağır zərbələr endirilib.
Ukrayna lideri bu növ iqtisadi və hərbi zərbələrin Rusiyanın müharibəni davam etdirmək potensialını iflic etmək məqsədi daşıdığını və gələcəkdə də kəsici formada davam etdiriləcəyini vurğulayıb./Musavat.com/
















