• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.9° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD

14 İyun, 26 / 13:03
A A

Dünya fərqinə varmadan elə bir həddi keçdi ki, artıq klassik hərbi doktrinanın yerini texnoloji tükəndirmə müharibəsi tutdu: əsrlər boyu keçilməz qala sayılan Krım yarımadası planlı şəkildə materikdən təcrid olunmuş bir “adaya” çevrilir.

Çağdaş.Az xəbər verir ki, bunu tanınmış jurnalist Eynulla Fətullayev deyib.

O bildirib ki, Ukraynanın yeni nəsil pilotsuz sistemlərdən kütləvi şəkildə istifadə etməsi cənub cəbhəsinin bütün xəritəsini dəyişdirə biləcək dərin logistik blokada ssenarisini işə salır:

“Rusiyanın zəif nöqtəsi sayılan Krım körpüsünə etibarlı alternativ kimi çəkdiyi quru dəhlizi, demək olar ki, iflic vəziyyətindədir. Strateji əhəmiyyətli «Novorossiya» (R-280) avtomobil yolu ilə hərbi və yük kolonlarının hərəkəti üçdə ikidən çox azalıb; Çonqar boğazı, Geniçesk və Armyanskdan keçən keçidlər isə davamlı zərbələr ucbatından təmirdən çıxa bilmir.

Kiyev əyani şəkildə sübut edir ki, çoxminlik qoşun qruplaşmasının təchizatını kəsmək üçün artıq aviadaşıyıcı eskadralarına ehtiyac yoxdur — yüksək texnologiyalı dron taborları bu işin öhdəsindən tam gəlir”.

E.Fətullayev bildirib ki, bu blokadanın arxasında Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin uğurlu strategiyası dayanır:

“O, Krımı Rusiya hərbçiləri üçün dözülməz bir yerə çevirmək niyyətini gizlətmir. İndi FPV-dronlar və dəniz kamikadze-botları nöqtəvi hədəfləri vurmaqla kifayətlənmir, magistral yolların açıq sahələrində logistikanı davamlı olaraq ovlayır. Nəticədə yanacaq və ya sursat çatdırmaq üçün edilən hər bir cəhd ölümcül bir lotereyaya çevrilir.

Bununla paralel olaraq, arxa cəbhənin təməli metodik şəkildə sarsıdılır: HHM (Hava Hücumundan Müdafiə) sistemlərinə və neft bazalarına endirilən müntəzəm zərbələr yarımadanı ehtiyat toplamaq imkanından məhrum edib. Halbuki bu ehtiyatlar olmadan heç bir irimiqyaslı müdafiə və ya hücum əməliyyatından söz gedə bilməz.

Bunun fonunda, Dnepr çayının sol sahilindəki Ukrayna diversiya qruplarının təchizatı artıq sənaye xarakteri alıb — 200 kq-a qədər faydalı yük daşıyan ağır yük dronları partizan müharibəsinin mahiyyətini kökündən dəyişir”.

Jurnalistin sözlərinə görə, Kreml üçün vəziyyəti çətinləşdirən digər amil odur ki, Krım təhlükəsiz arxa cəbhə mərkəzi statusunu sürətlə itirir, Zaporojye istiqamətindəki müdafiə xətləri isə vaxtında modernləşdirilməyib:

“Bu tükəndirmə müharibəsində daha çox canlı qüvvəyə malik olan deyil, təchizat damarlarını daha effektiv şəkilfə kəsən tərəf qalib gəlir.  İndi əsas sual budur: materikdən qoparılmış bir qarnizon, səmanın və dənizin tamamilə yad alqoritmlərin nəzarətində olduğu bir şəraitdə müdafiəni nə qədər saxlaya biləcək?”.

 

Bənzər Xəbərlər

Dünya

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Hədəflər VURULDU

İyun 14, 2026
Ukrayna Devlet Başkanı Volodimir Zelenskiy, Rus güçlerinden geri alınan Harkiv bölgesine bağlı İzyum şehrine geldi. Şehre gelen Zelenskiy, İzyum Şehir Konseyi binası önünde Ukrayna bayrağının göndere çekilme törenine katıldı.
  ( Metin Aktaş - Anadolu Ajansı )
Dünya

“Rusiyanın imtinasına cavabımız mühüm obyektləri vurmaqdır”- Zelenski sərt danışdı

İyun 14, 2026
Dünya

İsraildən ABŞ-İran razılaşmasına sərt REAKSİYA

İyun 14, 2026
Dünya

Hörmüz açılır, savaş bitir: Tramp mühüm anlaşmanı elan etdi - Tehran isə...

İyun 14, 2026
Dünya

ABŞ-la memorandum masadadır: İran, Rusiya və Çin səfirləri mühüm qərar üçün toplandı

İyun 14, 2026
Dünya

İran uran anbarlarının yollarını MİNALADI

İyun 14, 2026

XƏBƏR LENTİ

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Hədəflər VURULDU

14 İyun, 26 / 14:50
Ukrayna Devlet Başkanı Volodimir Zelenskiy, Rus güçlerinden geri alınan Harkiv bölgesine bağlı İzyum şehrine geldi. Şehre gelen Zelenskiy, İzyum Şehir Konseyi binası önünde Ukrayna bayrağının göndere çekilme törenine katıldı.
  ( Metin Aktaş - Anadolu Ajansı )

“Rusiyanın imtinasına cavabımız mühüm obyektləri vurmaqdır”- Zelenski sərt danışdı

14 İyun, 26 / 14:33

Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın

14 İyun, 26 / 14:15

Kloze, Pele, Ronaldo… Dünya çempionatının 11 unudulmaz qol vuran oyunçusu

14 İyun, 26 / 13:57

İsraildən ABŞ-İran razılaşmasına sərt REAKSİYA

14 İyun, 26 / 13:39

Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...

14 İyun, 26 / 13:20

Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD

14 İyun, 26 / 13:03

Sabah hava necə OLACAQ?

14 İyun, 26 / 12:45

Hörmüz açılır, savaş bitir: Tramp mühüm anlaşmanı elan etdi - Tehran isə...

14 İyun, 26 / 12:27

ABŞ-la memorandum masadadır: İran, Rusiya və Çin səfirləri mühüm qərar üçün toplandı

14 İyun, 26 / 12:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.