• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ – Sabahdan sığorta sistemi dəyişir – DETALLAR

15 İyun, 26 / 20:54
A A

Azərbaycan Mərkəzi Bankının bu ilin aprel ayında dəyişiklik etdiyi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən, sabahdan “Bonus-Malus” sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan “Sığorta Tarixçəsi Əmsalı” sistemi ilə əvəz ediləcək.

Çağdaş.Az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.

Yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək.

Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.

Yeni modeldə “Bonus-Malus” sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 % endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 % əlavə tətbiq ediləcək.

Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.

Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və yaxud əlavələr tətbiq olunacaq.

Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir.

Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

İyun 15, 2026
Cəmiyyət

Heydər Əliyevin Bakıya dönüşünün pərdəarxası: Təyyarə niyə İran üzərindən uçdu?

 

İyun 15, 2026
Cəmiyyət

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

İyun 15, 2026
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANDI

İyun 15, 2026
Cəmiyyət

Azərbaycanda çimərlik mövsümünə start verilir

İyun 15, 2026
Cəmiyyət

Paytaxt sakinlərinə ŞAD XƏBƏR – Bu yollar təmir olunacaq

İyun 15, 2026

XƏBƏR LENTİ

Bu BÜRCLƏRİN həyatı tamamilə dəyişir – VAXT ÇATDI!

15 İyun, 26 / 23:50

Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın

15 İyun, 26 / 23:30

Flört dünyası dəyişir: Doğru partnyoru tapmaq üçün diqqət edilməli 5 vacib məqam

15 İyun, 26 / 23:00

İngiltərədə 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir

15 İyun, 26 / 22:39

16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı

15 İyun, 26 / 22:00

SON DƏQİQƏ: Bu şəxslərə qaz limitində güzəştlər edilə bilər

15 İyun, 26 / 21:21

Narışkindən Ermənistana SƏRT XƏBƏRDARLIQ

15 İyun, 26 / 21:08

Sürücülərin NƏZƏRİNƏ – Sabahdan sığorta sistemi dəyişir – DETALLAR

15 İyun, 26 / 20:54

Zaqatalada əkin sahəsində kütləvi TƏLƏFAT: Suya elektrik cərəyanı verdilər

15 İyun, 26 / 20:25

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

15 İyun, 26 / 20:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.