Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı dövrdən etibarən “e-ttkf.edu.az” portalına 101 min 827 müraciət daxil olub, onlardan 84 min 880 müqavilə rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini və mexanizmin səmərəliliyini nümayiş etdirir.
Cagdas.az xəbər veriri ki Fonddan bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart təhsil tələbə kreditləri təşkil edir.
Təhsil pillələri üzrə bölgüyə əsasən, müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.(ölkə.az)
















