Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Azərbaycanda dövlət bu şəxslərə ev verəcək

Cəmiyyət
2027-ci ilin dövlət büdcəsində hərbi qulluqçuların mənzillə təmin olunması məqsədi ilə büdcədən maliyyə vəsaiti ayrılması nəzərdə tutulur.

Cagdas.az  xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə büdcə müzakirələri zamanı deyib.

“2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Eyni zamanda bu məqsədlə xidmətdə olanlara 94,5 milyon, xüsusi rütbəlilərə 21,5 milyon manat ayrılması nəzərdə tutulub. Bu da ümumilikdə 120 milyon manat deməkdir”,- komitə sədri qeyd edib.