Cagdas.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir – 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır.
Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.
















