Son dəqiqə
Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – VİDEO “Fənərbağça”nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər TƏCİLİ: Quba-Xınalıq yolunda təhlükəli vəziyyət: 8 dağ kəndi ilə əlaqə kəsildi Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”
Reklam
Reklam

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

İqtisadiyyat

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb.
Cagdas.az   xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, avqust tədarüklü qızıl füçersləri Bakı vaxtı ilə saat 06:06-da 1,12% ucuzlaşaraq 4 198,2 dollar səviyyəsinə enib. Bir neçə dəqiqə sonra isə qiymət 4 199,3 dollar olub və azalma 1,1% təşkil edib.

Gümüş bazarında da mənfi dinamika müşahidə olunub. İyul tədarüklü gümüş füçerslərinin qiyməti 2,25% azalaraq bir unsiya üçün 64,825 dollara geriləyib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan digər qiymətli metallar da dəyər itirib. Belə ki, sentyabr tədarüklü palladiumun qiyməti 1,09% enərək 1 275 dollara düşüb.

Platin bazarında isə daha kəskin ucuzlaşma qeydə alınıb. İyul tədarüklü platin füçersləri 2,41% dəyər itirərək bir unsiya üçün 1 666,1 dollar səviyyəsində qərarlaşıb.

Beləliklə, qlobal bazarlarda qızıl, gümüş, platin və palladium üzrə satış təzyiqi artıb və qiymətlərdə geriləmə müşahidə olunur.(Referans Media)