Son dəqiqə
Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk” Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI Azərbaycanda qətliam kimi iki xəstəlik – Əhaliyə XƏBƏRDARLIQ
Reklam
Reklam

Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”

Manşet

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib.

Çağdaş.Az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.