Son dəqiqə
Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

Cəmiyyət

Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir. Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.

Eyni zamanda, həmin əsaslar aradan qalxdıqda, tətbiq edilən məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi hüququnun da gömrük orqanlarına verilməsi təklif olunur.

Qeyd edilir ki, hazırda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə tətbiq olunur. Təklif edilən dəyişikliklər isə bu prosesdə operativliyin artırılmasına xidmət edəcək.

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.