Son dəqiqə
Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilir

Cəmiyyət

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilir.

Cagdas.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiqi məsələsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki, saziş hər iki ölkənin diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlarının qarşılıqlı səfərləri zamanı viza tələbindən azad olunmasını nəzərdə tutur.

Məsələ bir oxunuşda qəbul edilib.