Son dəqiqə
Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib

Cəmiyyət

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Cadas.az xəbər verir ki, 3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və “Diamed Hospitalın” yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi quraşdırılıb.

Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri);

Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);
Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);
Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, “Diamed Hospital”ın yanı  (minib-düşmə yeri).