Son dəqiqə
GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

DİM sabah təkrar imtahan keçirəcək

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçirəcək.

Çağdaş.Az xəbər verir ki, bu barədə məlumat DİM-in rəsmi saytında dərc olunub.

Məlumata görə, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.

Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin şəxslər “İmtahana buraxılış vərəqəsi”ni müvafiq link vasitəsilə çap edə bilirlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəblərə müraciət edən şagirdlər – cari və əvvəlki illərin IX sinif şagirdləri də imtahanda iştirak edə biləcəklər. Onlar da “İmtahana buraxılış vərəqəsi”ni onlayn qaydada əldə edə bilirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı, eləcə də iştirakçının imtahan binasına gəlmə vaxtı və digər zəruri məlumatlar əks olunub.

Qeyd edilib ki, imtahanlar saat 10:00-da başlanır və 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.