• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.5° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Çıxarış olmadan mənzil alanlara XƏBƏRDARLIQ

21 İyun, 26 / 9:14
A A

Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağlı faktlar vətəndaşların narahatlığını artırır.

Minlərlə manatlıq əmlak alqı-satqısı zamanı hansı risklərə diqqət yetirilməlidir?

Çağdaş.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Rəhim Xoyski vətəndaşların notariusdan müəyyən arayışlar əldə etməli olduğunu bildirib:

“Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun qeydiyyatı üçün ilk olaraq, Dövlət Reyestrindən Çıxarış yoxlanmalıdır. Bu, əmlakın mülkiyyətçisinin kim olduğunu və əmlakın rəsmi qeydiyyatda olduğunu təsdiq edən əsas sənəddir.

İkinci, yüklülük barədə, yəni əmlakın üzərində həbs, qadağa, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmadığını göstərən arayış (Forma-1) alınmalıdır. Hazırda bu məlumatlar notariuslar tərəfindən elektron sistem vasitəsilə real vaxt rejimində yoxlanılır. Bina hələ çıxarışla təmin olunmayıbsa, MTK üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı, mənzil nikah dövründə alınıbsa, həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı mütləqdir”.

Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlakla bağlı təkrar satış ən geniş yayılan problemlərdəndir:

“Xüsusilə çıxarışı olmayan MTK binalarında eyni mənzilin bir neçə şəxsə satılması ən çox rast gəlinən saxtakarlıq hallarından biridir. Bundan başqa saxta sənədləri də qeyd etmək olar. Köhnə nümunəli və ya saxta möhürlərlə hazırlanmış “çıxarışlar”, etibarnamələr hazırlanır, həmçinin üzərində məhkəmə qərarı və ya vergi borcu səbəbindən qadağa olan əmlakın gizli satılmasına cəhdlər edilir”.

Bəs sənədlərin həqiqiliyini necə yoxlamaq olar? Vətəndaşlar özlərini mümkün dələduzluq hallarından qorumaq üçün hansı addımları atmalıdırlar?

R.Xoyski burada faydalı ola biləcək portalların adını qeyd edib. Onun sözlərinə görə, sənədin həqiqiliyi yoxlamağın rəsmi üsullarından biri, “Elektron Hökumət” portalıdır (e-gov.az). Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yoxlanılması” xidməti vasitəsilə çıxarışın nömrəsini daxil edərək sənədin rəsmi olub-olmadığını görmək mümkündür:

“Əmlak Məsələləri Dövlət Xidmətinin portalında (e-emlak.az) əmlakın statusu və reyestr məlumatları ilə də tanış olmaq olar. Notarius vasitəsiylə alqı-satqı zamanı notarius “Azərbaycan Notariatı” informasiya sistemi vasitəsilə birbaşa Əmlakın Reyestri Xidmətinə sorğu göndərir və sənədin həqiqiliyini anında təsdiqləyir”.

Hüquqşünas həmçinin elektron xidmətlərin saxtakarlıq riskini minimuma endirdiyini vurğulayıb.

“Əvvəllər kağız sənədlər üzərində aparılan əməliyyatlar günlərlə çəkirdisə, indi elektron sistem vasitəsiylə əmlakın üzərindəki qadağa saniyələr ərzində görünür. Notarius, ASAN Xidmət və Reyestr İdarəsi vahid şəbəkədə birləşdiyi üçün saxta kağız sənədlə mənzil satmaq artıq praktiki olaraq qeyri-mümkündür. 2019-cu ildən tətbiq edilən elektron çıxarışlar itmə, sıradan çıxma və saxtalaşdırılma riskini tamamilə aradan qaldırıb, çünki sənəd yalnız sistemdə (bazada) mövcud olan elektron qeydlə hüquqi qüvvəyə malikdir”, – deyə o ,əlavə edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil ediləcək

İyun 21, 2026
Cəmiyyət

Bu gün namizədlər rezidenturaya imtahan verəcək

İyun 21, 2026
Cəmiyyət

SON DƏQİQƏ! Bakıda yaşayanlara vacib xəbər: Dəyişiklik gözlənilir

İyun 21, 2026
Cəmiyyət

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

 

İyun 21, 2026
Cəmiyyət

DİM sabah təkrar imtahan keçirəcək

İyun 20, 2026
Cəmiyyət

Azərbaycanda bu məntəqə BAĞLANDI

İyun 20, 2026

XƏBƏR LENTİ

TƏCİLİ! Fransada fövqəladə vəziyyət: Qırmızı təhlükə səviyyəsi elan olundu

 

21 İyun, 26 / 13:15

Bunu görən Rusiya əsgərləri təslim olur: Cəbhədə yeni “Kabus”

21 İyun, 26 / 12:57

"ABŞ qoşunu Zəngəzurda ola bilməz"-İran danışıqlarında sensasion razılaşma?!

 

21 İyun, 26 / 12:39

Qalibaf Sürixə çatan kimi O MESAJI VERDİ - FOTOLAR

 

21 İyun, 26 / 12:20

Meloni Trampa qəzəbləndi: Öz reytinqinin qeydinə qal!

21 İyun, 26 / 12:02

Marşal Asım Munir də ABŞ–İran danışıqları üçün İsveçrəyə getdi

21 İyun, 26 / 11:46

Vens Cenevrəyə getdi - Danışıqların mövzusunu açıqladı

21 İyun, 26 / 11:28

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

21 İyun, 26 / 11:11

ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?

21 İyun, 26 / 10:56

Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

21 İyun, 26 / 10:37
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.