Son dəqiqə
GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

Bu gün namizədlər rezidenturaya imtahan verəcək

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.

Referans Media xəbər verir ki, imtahanda iştirak etmək üçün 2 141 namizəd qeydiyyatdan keçib. Onlardan 1 626 nəfər Azərbaycan, 515 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri oğlan, 1 242 nəfər qızdır. 332 nəfər cari ilin, 1 023 nəfər əvvəlki illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi“ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb