Son dəqiqə
GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

Yağış yağacaq, güclü külək əsəcək – Sabahın havası

Cəmiyyət

İyunun 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Çağdaş.Az-a verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq, atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək və nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.