Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Bu, telefonunuzun ömrünü qısaldır

Cəmiyyət

Smartfonun mütəmadi olaraq söndürülüb yenidən işə salınması cihazın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.

Cagdas.az bildirir ki, bu barədə BGR nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, bəzi istifadəçilər, xüsusilə də gecə yatmazdan əvvəl telefonlarını söndürməyi vərdiş halına çeviriblər. Mütəxəssislərin sözlərinə görə, bu vərdiş həm cihazın özünə, həm də istifadəçiyə mənfi təsir göstərə bilər.

Ekspertlər qeyd edirlər ki, müasir smartfonlar uzun müddət fasiləsiz işləmək üçün nəzərdə tutulub. Buna görə də cihazın ömrünü uzatmaq üçün onu istifadə olunmadığı vaxtlarda söndürmək tövsiyə edilmir. Telefon hər dəfə yenidən işə salındıqda daha çox resurs sərf edir və sistem əlavə yüklənməyə məruz qalır.

Mütəxəssislər həmçinin vurğulayıblar ki, fövqəladə vəziyyət zamanı telefon vasitəsilə yardım çağırmaq lazım gələ bilər. Cihaz söndürülmüş vəziyyətdə olduqda isə onun yenidən açılması müəyyən vaxt aparır ki, bu da vacib anlarda problem yarada bilər.

Gecə saatlarında zəng və bildirişlərin narahat etməsini istəməyən istifadəçilərə telefonu söndürmək əvəzinə səssiz rejimə keçirmək və ya “Narahat etməyin” funksiyasını aktivləşdirmək tövsiyə olunur.

Xatırladaq ki, iyunun əvvəlində GizmoChina nəşri də ucuz smartfon istehsalçılarının xərcləri azaltmaq məqsədilə cihazların texniki göstəricilərini zəiflədə biləcəklərini yazmışdı. Buna səbəb kimi bazarda operativ yaddaş çatışmazlığı göstərilib.(sfera.az)