Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

200 balla qəbul olunan ixtisaslar məlum olub

Cəmiyyət

2025-ci ilin qəbul nəticələri bəzi ixtisaslara 200 bala yaxın nəticə ilə qəbulun mümkün olduğunu göstərib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan “2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar”da məlumat verilib.

Dövlət sifarişi üzrə ən aşağı keçid ballarından biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Maşın mühəndisliyi” ixtisasında qeydə alınıb. Burada minimal keçid balı 200,3 olub.

Bakı Mühəndislik Universitetində eyni ixtisas üzrə keçid balı 200,6, Milli Aviasiya Akademiyasında “Materiallar mühəndisliyi” ixtisasında isə 201 bal təşkil edib.

II ixtisas qrupunda isə ən aşağı keçid balları turizm bələdçiliyi ixtisaslarında formalaşıb. Mingəçevir Dövlət Universitetində bu göstərici 214,7, Qarabağ Universitetində isə 214 bal olub.(modern.az)