Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

Cəmiyyət

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Cagdas.az  xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.