Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Prezident ona yüksək vəzifə verdi

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Cagdas.az  bildirir ki, Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir. O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin müşaviri vəzifələrində çalışıb.

Bu müddətdə strateji planlaşdırma, layihələrin idarə olunması, daxili və xarici kommunikasiyaların qurulması, insan resurslarının inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərib.

Hüseyn Əliyev 2019-cu ildən “Yüksəliş” müsabiqəsinin işçi qrupunun üzvü, 2022-ci ildən “CBC Sport” televiziya kanalının Müşahidə Şurasının üzvüdür. O, 2026-cı ilin may ayından etibarən Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin sədri vəzifəsini də icra edir.

Əmək fəaliyyətinə özəl sektorda başlayan Hüseyn Əliyev beynəlxalq və yerli şirkətlərdə 15 ildən çox rəhbər vəzifələrdə çalışıb.

Ailəlidir, iki övadı var./qaynarinfo