Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Bu şəxslər 6 ay gözləmədən məzuniyyətə çıxa bilər – SİYAHI

Cəmiyyət
Azərbaycanda güzəştli şərtlərlə məzuniyyətə çıxmaq hüququ olan şəxslərin siyahısı açıqlanıb.

Cagdas.az xəbər verir ki, siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır.

Lakin bir sıra kateqoriyalardan olan işçilər var ki, onlar işin birinci ili üçün əmək məzuniyyəti hüququndan əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni altı ay müddət gözləmədən istifadə edə bilər.

Həmin işçilərin sırasına aşağıdakılar daxilidr:

– əlilliyi olan şəxslər,

– on səkkiz yaşına çatmamış işçilər,

– qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra),

– müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər,

– hərbi qulluqçunun arvadı (əri),

– təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda),

– əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə də işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.(ölkə.az)