Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı “Global İnnovations” MMC və “United Payment” MMC-yə icrası məcburi göstərişlər verib.

Cagdas.az bildirir ki bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, “Global İnnovations” MMC-də “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqədar məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması halları müəyyən edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən şirkətə pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstəriş verilib.

Bundan başqa, tənzimləyici tərəfindən “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.(modern.az)