Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

İstanbuldaki Azərbaycan məktəbində ŞİDDƏT – Azyaşlıları döyən işçi saxlanıldı / VİDEO

Cəmiyyət

İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən Hüseyn Cavid adına özəl uşaq bağçasında azyaşlılara qarşı zorakılıq edildiyi iddiası ilə bağlı araşdırma aparılıb.

Çağdaş.Az Milli.az-a istinadən xəbər verir ki, məlumata görə, valideynlərin şikayəti əsasında baxış keçirilən təhlükəsizlik kameralarının görüntülərində müəssisənin 60 yaşlı işçisinin uşaqlara qarşı kobud davrandığı iddia edilib.

İddialara əsasən, həmin şəxs günorta yuxusu zamanı uşaqları vurub, həmçinin yeməkxanada onlara qarşı sərt və qeyri-etik davranış sərgiləyib.

Həmçinin qadının Azərbaycan dilində danışması diqqət çəkib.

Məlumat yayılandan sonra polis əməkdaşları şübhəli şəxsi saxlayaraq istintaqa cəlb edib. Dindirilmədən sonra o, məhkəməyə göndərilib və hüquqi proses davam etdirilir.

Eyni zamanda Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi də hadisə ilə bağlı bağçada yoxlamalara başlayıb.

Araşdırmanın nəticəsinə uyğun olaraq, təhsil müəssisəsinə qarşı əlavə inzibati tədbirlərin görülə biləcəyi bildirilir./Milli.az/