• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.5° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

Gizli şəbəkənin dəhşətli əməlləri: qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik

06 İyul, 26 / 10:16
A A

Son dövrlər internet məkanında qanunsuz onlayn kazino və mərc oyunlarının sürətlə yayıldığını görürük. Sosial şəbəkələrdə “asan qazanc”, “yüksək bonus” və “pulsuz balans” kimi vədlərlə yayılan reklamlar çoxsaylı insanı bu qanunsuz fəaliyyətlərə cəlb edir. İlk baxışdan sərfəli görünən bu təkliflər isə əksər hallarda vətəndaşların pul vəsaitini itirməsi, şəxsi məlumatlarının ələ keçirilməsi və hüquqi problemlərlə üzləşməsi ilə nəticələnir. Əsasən lisenziyası olmayan və qanunsuz fəaliyyət göstərən “Mostbet”, “MelBet”, “Pin-Up”, “1xBet”, “Betbuta” və “10linelotto” kimi platformalardan istifadə ciddi risk deməkdir. Mütəxəssislər bildirirlər ki, bu cür platformaların əsas təhlükəsi onların heç bir dövlət nəzarəti altında fəaliyyət göstərməməsidir.

Qanunsuz onlayn mərc və şans oyunlarına qarşı hüquq-mühafizə orqanlarının mübarizəsi də davam etdirilir. Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində bu sahədə fəaliyyət göstərən şəxslər və cinayətkar şəbəkələr müəyyən edilərək məsuliyyətə cəlb olunur. Son əməliyyatlar da göstərir ki, qanunsuz mərc və şans oyunlarını təşkil edən şəxslərin fəaliyyəti nəzarətdə saxlanılır.

Eyni zamanda, dövlət bu sahədə qanunvericiliyin daha da sərtləşdirilməsi istiqamətində addımlar atır. Milli Məclisdə müzakirə olunan qanun layihəsində virtual platformalarda qumar oyunlarının təşkili və keçirilməsi, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi hallarında daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, belə əməllərə görə cinayət yolu ilə əldə edilən gəlirin iki mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Əgər cinayət mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə edilməklə törədilərsə, azadlıqdan məhrumetmə müddətinin 3 ildən 5 ilədək artırılması təklif olunur. Bununla yanaşı, qumar oyunlarının təşkili və bu məqsədlə yer ayrılmasına görə də cəzaların sərtləşdirilməsi planlaşdırılır. Mövcud qanunvericilikdə nəzərdə tutulan 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin 5 ilə qaldırılması təklif edilir.

Bunun əhəmiyyəti nə olacaq? Qanun layihəsinin məqsədi nədir?

Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, mərc oyunları müxtəlif yerlərdə müəyyən lisenziya qaydasında həyat keçirilir:

“Lakin son dönəmlərdə virtual məkandan istifadə edərək qanunsuz şəkildə qumar və mərc oyunlarının şahidi oluruq. Bu yayğınlaşma bir sıra ailə faciələrinin baş verməsi, ayrı-ayrı şəxslərin intiharı müəyyən dərəcədə qumar borclarının artması ucbatından yaşanan faciələrlə müşayiət olunduğuna görə qanunvericilik bu məsələyə müdaxilə etməyi nəzərdə tutur. Burda da əsasən qanunsuz virtual məkanda bu oyunların təşkili, eləcə də yeniyetmələrin bu prosesə cəlb olunmasının nə qədər böyük problemlər yaratdığını nəzərə alaraq sanksiyaların ağırlaşmasından söhbət gedir. Bundan sonrakı dövrdə hər hansı bir formada bu məkanlardan istifadə edərək belə oyunların təşkil olunması, bura şəxslərin cəlb edilməsi ciddi şəkildə cəzalandırılacaqdır”.

Deputat Razi Nurullayev bildirib ki, qumar oyunlarının, xüsusilə də virtual platformalar üzərindən sürətlə yayılmasının artıq ciddi sosial problemə çevrilməsi səbəbindən qanunvericilik sərtləşdirilir:

“Qanun layihəsinin məqsədi yalnız qanunsuz qumar təşkilatçılarını cəzalandırmaq deyil, həm də vətəndaşları, xüsusilə gəncləri və azyaşlıları bu təhlükədən qorumaqdır. Virtual platformalarda qumarın təşkili, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi, qrup halında törədilməsi və böyük gəlir əldə olunması kimi hallara daha ağır cəzaların tətbiqi profilaktik baxımdan da mühüm əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, beynəlxalq təcrübədə də oxşar yanaşma mövcuddur:

“Almaniya, Fransa, İtaliya və Birləşmiş Krallıq qanunsuz onlayn qumar fəaliyyətinə, xüsusilə azyaşlıların cəlb edilməsinə və lisenziyasız operatorlara qarşı ciddi sanksiyalar tətbiq edir. Bununla bərabər, cəzaların sərtləşdirilməsi ilə yanaşı, qanunsuz platformalara çıxışın məhdudlaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də vacibdir. Bu qanun layihəsi insanların maliyyə təhlükəsizliyinin, ailələrin rifahının və cəmiyyətin sosial sabitliyinin qorunmasına xidmət edir”.

Hüquqşünas Ellada Bayramova isə qeyd edib ki, qanun layihəsinin əsas məqsədi vətəndaşları, xüsusilə də gəncləri qumar alışqanlığından və maliyyə itkilərindən qorumaqdır:

“Eyni zamanda, məqsəd qanunsuz onlayn qumar fəaliyyətinin qarşısını almaq və bu sahədə cinayət məsuliyyəni gücləndirməkdən ibarətdir. Qanunun əhəmiyyəti isə daha sərt qumar təşkilatçılığına qarşı çəkindirici təsir göstərərək virtual platformada nəzarəti gücləndirəcək və böyük kütlənin maddi zərər görməsi riskini azaltmağa xidmət edəcək”.

 

Bənzər Xəbərlər

Hadisə

Bakıda film kimi hadisə: Gəlinini narahat edən adamı maşınla vurub ÖLDÜRDÜ!

İyul 6, 2026
Hadisə

Şərurda qanlı gecə - Ata, ana və azyaşlı uşaq öldü / FOTO

İyul 6, 2026
Hadisə

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur

İyul 2, 2026
Hadisə

1 milyon dövriyyəsi olan qumarbaz dəstə tutuldu – KİBERPOLİS ƏMƏLİYYATI

İyul 1, 2026
Hadisə

Azərbaycanlı qadın Türkiyədə HƏBS olundu

İyun 26, 2026
Hadisə

33 il gizlənən cinayətkar Almaniyadan Azərbaycana gətirildi

İyun 18, 2026

XƏBƏR LENTİ

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

06 İyul, 26 / 14:14

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

06 İyul, 26 / 13:59

Rusiya Cənubi Qafqaza bu yolla TƏZYİQLƏR edəcək: Azərbaycana qarşı... - ŞOK

06 İyul, 26 / 13:42

İlham Əliyev Sərəncam İMZALADI

06 İyul, 26 / 13:29

Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra...

06 İyul, 26 / 13:25

Ankara dünyanın paytaxtına çevrilir: Tramp gəlir, NATO-nun taleyi həll olunur – Azərbaycan üçün də sürpriz ola bilər

06 İyul, 26 / 13:07

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

06 İyul, 26 / 12:50

Azərbaycanda tanınmış şəxs vəfat etdi

06 İyul, 26 / 12:33

Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışı başlayır – FOTOLAR

06 İyul, 26 / 12:32

Bakıda film kimi hadisə: Gəlinini narahat edən adamı maşınla vurub ÖLDÜRDÜ!

06 İyul, 26 / 12:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.