“Putinin atacağı addımlardan biri də Ukrayna cəbhəsində, yəni ictimai rəyi, həm ölkə daxili, həm də beynəlxalq ictimai rəyi — belə deyək də, onların dili ilə desək KQB-də ‘neqodnı obyekt’ deyirlər — ‘neqodnı obyekt’də yönəltmək üçün ilk növbədə Cənubi Osetiyaya fikir verin.”
Çağdaş.Az xəbər verir ki, bu sözləri TV Musavatın canlı efirində politoloq Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Rusiya rəhbərliyi öz reytinqini qorumaq və strateji üstünlüyünü təmin etmək üçün Cənubi Osetiya və Ermənistan üzərindən aqressiv addımlar atmağa hazırlaşır: “Cənubi Osetiyanın Rusiya ilə, belə deyək də tırnaqarası inteqrasiyası istiqamətində hansı addım atıla bilər? Ola bilsin ki, tam ilhaq haqqında qərar verilməsin, amma hansısa bir aralıq addım atılsın”.
Sülhəddin Əkbər qeyd edib ki, Ermənistanda baş verən daxili-siyasi proseslər və TRACECA layihəsi ilə bağlı vəziyyət Azərbaycan üçün xüsusi diqqət tələb edir: “Ona görə də önümüzdəki altı ay bizim üçün də, Ermənistan üçün də kritik dövr olacaq — həm Zəngəzur mərkəzli olaraq, həm də Yerevan mərkəzli olaraq, yəni siyasi anlamda”.
Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:















