• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.4° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

07 İyul, 26 / 18:52
A A

600 min manat. Bu məbləğə Bakıda mənzil, lüks avtomobillər və ya gəlir gətirən kommersiya obyekti almaq olar. Ancaq Azərbaycanda elə dövlət qeydiyyat nişanı var ki, sahibi onu məhz bu qiymətə satmağa çalışır.

Çağdaş.Az xəbər verir ki ,Musavat.com-un  nömrə elanları üzərində apardığı araşdırma göstərir ki, ölkədə avtomobil nömrələrinin alqı-satqısı artıq kiçik elan bazarı deyil, yüz minlərlə manatlıq dövriyyəsi olan ayrıca biznes sahəsinə çevrilib.

Araşdırdığımız elanlarda ən bahalı dövlət nömrəsi Az 10 MC 010 üçün 600 min manat, baha nömrələr sırasında ən ucuzu isə 80 min manat təşkil edir. Beləliklə, eyni bazarda ən baha və ən ucuz nömrə arasında 520 min manat fərq yaranır. Elanlara baxdıqda ilk diqqət çəkən məqam qiymətlərin adi avtomobil bazarının məntiqini üstələməsidir.

Ən bahalı elanlar bunlardır:

Az 10 MC 010 – 600 000 manat
Az 10 AS 555 – 200 000 manat
Az 99 UD 999 – 185 000 manat
Az 10 TT 222 – 160 000 manat
Az 10 CD 333 – 115 000 manat
Az 10 AA 969 – 110 000 manat
Az 10 ZY 100 – 110 000 manat.

Bundan başqa, Az 10 WW 111, Az 10 BO 010, Az 10 RA 010, Az 10 LJ 100, Az 10 LL 007 kimi kombinasiyalar da 90-105 min manat aralığında satışa çıxarılıb.

Diqqət çəkən başqa bir məqam isə eyni nömrələrin müxtəlif tarixlərdə dəfələrlə satışa çıxarılmasıdır. Məsələn, Az 10 WW 111, Az 10 BO 010 və Az 10 LL 007 nömrələri müxtəlif tarixlərdə təkrar elan edilib. Bu isə göstərir ki, bazarda təsadüfi satıcılardan daha çox, nömrələri alıb-satan şəxslər fəaliyyət göstərirlər.

Bahalı nömrənin sirri nədir?

Qiymətləri müəyyən edən əsas amil eyni rəqəmlərin ardıcıllığıdır. Məsələn, 111, 222, 333, 555, 777, 999. Və ya simmetrik kombinasiyalar – 010, 100, 001; məşhur assosiasiyalar yaradan rəqəmlər – 007;

prestijli hərf birləşmələri və ya psixoloji baxımdan yadda qalan kombinasiyalar nömrə biznesini ayaqda tutur.

Əslində bu bazarda dövlət qeydiyyat nişanı artıq identifikasiya vasitəsi deyil, status simvoluna çevrilib.

Bazar iştirakçılarının sözlərinə görə, belə nömrələri əsasən iri sahibkarlar, premium avtomobil sahibləri, şirkət rəhbərləri, ictimai tanınmış şəxslər və fərqlənmək istəyən imkanlı şəxslər alır. Bəzi hallarda isə məqsəd istifadə deyil, gələcəkdə daha baha satmaqdır. Yəni, dövlət nömrəsi daşınmaz əmlak və ya qızıl kimi investisiya alətinə çevrilir.

Azərbaycanda bahalı kateqoriyasında olan dövlət qeydiyyat nişanlarının qiymətlərini müəyyən edilməsi mexanizmi yayğındır. Qiymət bazarın özü tərəfindən formalaşır. Satıcı istədiyi məbləği yazır, alıcı isə həmin məbləği ödəməyə hazır olub-olmamasına qərar verir. Nəticədə bəzi nömrələr üçün 100 min, 200 min, hətta 600 min manat tələb olunur.

Dünyada qızıla dönən nömrələrlə bağlı vəziyyət necədir?

Avtomobil nömrələrinin alqı-satqısı təkcə Azərbaycana xas deyil. Lakin əksər ölkələrdə bu bazar dövlət tərəfindən tənzimlənir və əsas gəlir büdcəyə yönəlir. Məsələn, Ermənistanda xüsusi tələbat olan dövlət nömrələri Daxili İşlər Nazirliyinin elektron hərrac sistemi vasitəsilə satılır. İstənilən şəxs elektron hərracda iştirak edə bilir. Bu, tam rəsmi və qanunla tənzimlənən mexanizmdir. Hazırda bəzi prestijli nömrələrin başlanğıc qiyməti 10-15 milyon dram – təxminən 25-40 min ABŞ dolları təşkil edir və hərrac zamanı daha da yüksələ bilir.

Gürcüstanda da fərdi və xüsusi kombinasiyalı nömrələr dövlət tərəfindən müəyyən edilmiş rüsumlarla verilir. Burada qiymətlər əsasən inzibati tariflər əsasında formalaşır və Azərbaycandakı kimi yüz minlərlə manatlıq ikinci bazar demək olar ki, yoxdur.

Avropanın ən inkişaf etmiş nömrə bazarı Böyük Britaniyadadır. Burada hər il minlərlə xüsusi nömrə rəsmi hərraca çıxarır. Sonradan həmin nömrələr tam qanuni şəkildə ikinci bazarda da alınıb-satıla bilir. Bəzi nadir kombinasiyalar on minlərlə, hətta yüz minlərlə funt sterlinqə satılsa da, bu satışlar tam şəffaf hərrac mexanizmi ilə həyata keçirilir.

Almaniya, Avstriya, Belçika, Niderland, Polşa və digər Avropa ölkələrində vətəndaş müəyyən rüsum ödəməklə istədiyi boş kombinasiyanı seçə bilir. Lakin burada dövlət nömrəsi adətən spekulyasiya obyektinə çevrilmir və qiymətlər dövlət tərəfindən tənzimlənən inzibati rüsumlarla məhdudlaşır.

Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır – ŞOK QİYMƏTLƏR -  Globalinfo.az

Azərbaycan niyə fərqlənir?

Azərbaycan nömrə bazarının əsas özəlliyi ondan ibarətdir ki, burada bahalı nömrələrin dəyəri əsasən ikinci bazarda formalaşır. Yəni dövlət nömrəsi əldə edildikdən sonra fiziki şəxslər tərəfindən daha yüksək qiymətə satışa çıxarılır. Nəticədə ən böyük gəliri çox vaxt dövlət deyil, həmin nömrələri alıb sonradan yenidən satan şəxslər əldə edirlər. Bu isə faktiki olaraq dövlət qeydiyyat nişanları üçün ayrıca kommersiya bazarı yaradıb.

Musavat.com-un araşdırdığı elanlarda rast gəlinən 600 min manatlıq dövlət nömrəsi təxminən 350 min ABŞ dollarına bərabərdir. Bu məbləğ Ermənistanda hərraca çıxarılan bahalı nömrələrin başlanğıc qiymətini dəfələrlə üstələyir. Gürcüstandakı rəsmi tariflərdən onlarla dəfə yüksəkdir. Avropada satılan əksər fərdi nömrələrin qiymətini çox geridə qoyur və yalnız Böyük Britaniyada tarixi və çox nadir nömrələrin rekord hərrac qiymətləri ilə müqayisə oluna bilər.

Azərbaycanda avtomobil nömrələri artıq sadəcə qeydiyyat nişanı deyil. Onlar prestijin, statusun və bəzən investisiyanın göstəricisinə çevrilib. Dünya təcrübəsi göstərir ki, xüsusi nömrələrə maraq hər yerdə var. Lakin Avropa ölkələrinin və Ermənistanda bu bazar dövlət tərəfindən rəsmi hərraclar və şəffaf mexanizmlərlə idarə olunur. Azərbaycanda isə qiymətləri əsasən ikinci bazar müəyyənləşdirir və bu səbəbdən bəzən nömrəsi avtomobilin özündən də bahalı “aktiv”ə çevrilir.

Bənzər Xəbərlər

Cəmiyyət

Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM

İyul 7, 2026
Cəmiyyət

Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi

İyul 7, 2026
Cəmiyyət

Milli Məclis təsdiqlədi - Bu müraciət elektronlaşdırılacaq

İyul 7, 2026
Cəmiyyət

Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ

 

İyul 7, 2026
Cəmiyyət

Bunu etməyənlər cərimələnəcək

İyul 7, 2026
Cəmiyyət

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

İyul 7, 2026

XƏBƏR LENTİ

Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN

07 İyul, 26 / 21:38

Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq

07 İyul, 26 / 21:20

Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM

07 İyul, 26 / 21:03

İsrailli nazirdən gözlənilməz Bakı mesajı: Qalmaqallı qərarın arxasında nə var

07 İyul, 26 / 20:46

Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi

07 İyul, 26 / 20:34

Milli Məclis təsdiqlədi - Bu müraciət elektronlaşdırılacaq

07 İyul, 26 / 20:17

Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ

 

07 İyul, 26 / 20:00

Milli Məclis mühüm qərar qəbul etdi: 6 ay sonra qüvvəyə minir

07 İyul, 26 / 19:42

NATO-da yeni müdafiə dövrü başlayır: Birgə raket istehsalı üçün razılaşma gəlir

07 İyul, 26 / 19:25

Bunu etməyənlər cərimələnəcək

07 İyul, 26 / 19:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.