• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.3° Weather Columbus
$
1.7
€
1.9405
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

“Sea Breeze”lə bağlı gözlənilməz vəziyyət – Türkiyə detalı

08 İyul, 26 / 10:16
A A

Son illərdə azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdən biri olan Türkiyə artıq əvvəlki qədər sərfəli hesab edilmir. Kurort bölgələrində qiymətlərin kəskin bahalaşması səbəbindən həm yerli, həm də xarici turistlər daha münasib alternativlərə üz tutur. Bu səbəbdən Yunanıstan, Çernoqoriya və hətta Azərbaycandakı “Sea Breeze” kimi istirahət məkanları daha çox diqqət çəkməyə başlayıb.

İnsanlar Türkiyənin kurort şəhərləri əvəzinə “Sea Breeze”ə getməyə üstünlük verir? Turizim sahəsində vəziyyət necədir? Azərbaycanı seçənlərdə artım var?

Çağdaş.az xəbər verir ki ,Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Türkiyədə turizm qiymətləri son illərdə xeyli artıb:

“Bəzi istiqamətlər üzrə qiymətlər əvvəlki illərlə müqayisədə hətta 50 faizə qədər yüksəlib. Bu da səyahət planlaşdıran insanların seçimlərinə təsir göstərir. Turistlər artıq qiymətləri müxtəlif ölkələrlə müqayisə edir və büdcələrinə daha uyğun istiqamətlərə üstünlük verirlər. Türkiyə vətəndaşları arasında da Misir, Yunanıstan və digər ölkələrə üz tutanların sayı artır. Bahalaşmanın müxtəlif iqtisadi səbəbləri var. Lakin düşünmürəm ki, insanlar yalnız qiymət artımına görə Türkiyədən kütləvi şəkildə imtina edib “Sea Breeze”ə üz tutsunlar. Bu, müəyyən qədər Azərbaycan vətəndaşlarının yayda istirahət seçimlərinə təsir göstərə bilər”.

Ekspertin sözlərinə görə, Türkiyə hələ də dünyanın aparıcı turizm ölkələrindən biridir və zəngin xidmətlər təklif edir:

“Statistik göstəricilər də ötən il Türkiyəyə gələn turistlərin sayının artdığını göstərir. Buna bəzi ərəb ölkələrindən turist axınının güclənməsi və müxtəlif bazarlardan turistlərin oraya yönəlməsi də təsir edib. Eyni zamanda, Türkiyə turizm məhsullarını davamlı şəkildə şaxələndirir. Artıq söhbət yalnız dəniz, qum və günəş turizmindən getmir. Ölkə tibbi, sağlamlıq, konqres və digər turizm növlərinin inkişafına ciddi investisiyalar yatırır. Məqsəd təkcə turist sayını deyil, hər turistdən əldə olunan gəliri də artırmaqdır”.

Ekspert bildirib ki, Azərbaycanın da turizm sahəsində ciddi potensialı var:

“Ölkəmizə gələn xarici turistlər Azərbaycanın təhlükəsizliyini, otel qiymətlərinin və restoranlarda xidmətlərin bir çox ölkə ilə müqayisədə münasib olduğunu bildirirlər. Əsas problem isə ölkəyə səfərin baha başa gəlməsidir. Xüsusilə aviabiletlərin qiyməti və ümumi nəqliyyat xərcləri turist axınına mənfi təsir göstərir. Azərbaycana səfər daha sərfəli olarsa, ölkəyə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Hazırda isə turizm sektorunda müəyyən geriləmə müşahidə olunur. Turist axını 10 faizdən çox azalıb, turistlərin xərcləmələri və otellərin doluluq səviyyəsi isə təxminən 30 faiz aşağı düşüb. Bu problemin əsas həlli Azərbaycana səyahəti daha əlverişli və əlçatan etməkdir”.

Bənzər Xəbərlər

Dünya

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

İyul 8, 2026
Dünya

TƏCİLİ! İran açıqladı: ABŞ obyektləri vurulacaq – Müharibə qayıdır

İyul 8, 2026
Dünya

Dünya ŞOKDA: Tramp bu qərarı Türkiyədə imzaladı – Əməliyyat yenidən başlayır

İyul 8, 2026
Dünya

Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq – Rutte

İyul 8, 2026
Dünya

Trampın Ankara səfərinin gizli mesajları bilindi – Sabiq nazirdən diqqətçəkən AÇIQLAMA

 

İyul 8, 2026
Dünya

İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı – Pezeşkianın hədəfi Bakı olub?

İyul 8, 2026

XƏBƏR LENTİ

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

08 İyul, 26 / 14:04

Nazirliklərdə yeni müavin postlarının pərdəarxası

08 İyul, 26 / 13:45

Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO

08 İyul, 26 / 13:26

TƏCİLİ! İran açıqladı: ABŞ obyektləri vurulacaq – Müharibə qayıdır

08 İyul, 26 / 13:07

Dünya ŞOKDA: Tramp bu qərarı Türkiyədə imzaladı – Əməliyyat yenidən başlayır

08 İyul, 26 / 12:48

Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq – Rutte

08 İyul, 26 / 12:29

Trampın Ankara səfərinin gizli mesajları bilindi – Sabiq nazirdən diqqətçəkən AÇIQLAMA

 

08 İyul, 26 / 12:10

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

 

08 İyul, 26 / 11:51

Dünya bu xidmətdən imtina edir: Azərbaycanda isə internet paketinə əlavə olunur

08 İyul, 26 / 11:32

Naxçıvanın yeni statusu erməniləri qorxuya saldı

08 İyul, 26 / 11:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.