• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
1.9405
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

08 İyul, 26 / 14:04
A A

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü yeni qanunu MDB ölkələrinə mesaj hesab edir

Rusiya Dövlət Duması bu həftə ölkədə yaşayan xarici vətəndaşlarla bağlı inzibati məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirəcək qanun layihəsini müzakirəyə çıxaracaq. Qanun qəbul edilərsə, inzibati xəta törədən əcnəbilərin təkcə cərimələnməsi deyil, həm də ölkədən deportasiya olunması halları xeyli artacaq. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, məqsəd ictimai təhlükəsizliyi gücləndirmək, miqrasiya sahəsində nəzarəti artırmaq və qanunvericiliyi daha sərt tətbiq etməkdir. Hazırkı qanunvericiliyə əsasən, 22 inzibati xəta üzrə xarici vətəndaşların Rusiyadan çıxarılması mümkündür. Yeni dəyişikliklər qəbul olunarsa, bu siyahı 45 maddəyə qədər genişlənəcək. Volodin bildirib ki, dəyişikliklər Rusiyada qanunsuz miqrasiyanın qarşısının alınması və miqrantların qanunlara riayət etməsinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bununla yanaşı, Dövlət Duması yaxın günlərdə miqrantların əmək fəaliyyəti ilə bağlı qanunlara da yenidən baxmağı planlaşdırır. Gözlənilir ki, xarici vətəndaşların işə qəbul edilməsi, əmək icazələrinin verilməsi və işəgötürənlərin məsuliyyəti ilə bağlı əlavə məhdudiyyətlər də tətbiq olunsun. Bu dəyişikliklər Rusiyada çalışan yüz minlərlə Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyət daşıyır. Qanun qəbul ediləcəyi halda, əvvəllər yalnız cərimə ilə nəticələnən bəzi inzibati pozuntular artıq deportasiya qərarı ilə yekunlaşa bilər. Bu isə miqrantların Rusiyada qalmaq və işləmək imkanlarına birbaşa təsir göstərəcək. Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları üçün əsas dəyişiklik ondan ibarət ola bilər ki, gələcəkdə inzibati xətalara görə tətbiq olunan sanksiyalar daha ağır olacaq.

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları baş verən dəyişiklikləri diqqətlə izləməli və miqrasiya qanunvericiliyinin tələblərinə maksimum həssaslıqla yanaşmalıdırlar.

Deputatın sözlərinə görə, Rusiyada son dövrlər miqrasiya siyasətinin sərtləşdirilməsi sistemli xarakter alıb və yeni qanun layihəsi də həmin siyasətin davamıdır: “Rusiyada yüz minlərlə Azərbaycan vətəndaşı yaşayır və əmək fəaliyyəti ilə məşğuldur. Ona görə də bu dəyişikliklər soydaşlarımız üçün birbaşa əhəmiyyət daşıyır. Əgər qanun qəbul edilərsə, əvvəllər yalnız inzibati cərimə ilə nəticələnən bəzi pozuntular artıq deportasiya qərarı ilə yekunlaşa bilər. Bu isə hər bir vətəndaşın sənədlərinin tam qaydasında olmasını, qeydiyyat, yaşayış və əmək fəaliyyəti ilə bağlı bütün hüquqi tələblərə ciddi əməl etməsini zəruri edir”.

Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarının hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət göstərir. Bununla yanaşı, xarici ölkədə yaşayan hər bir vətəndaş da qəbul edən dövlətin qanunlarına hörmətlə yanaşmalı və hüquqi məsuliyyətini dərk etməlidir.

Deputat hesab edir ki, son dəyişikliklər fonunda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının hüquqi maarifləndirilməsi daha da aktuallaşır: “Bu gün ən kiçik inzibati pozuntu belə gələcəkdə şəxsin ölkədə yaşamaq və işləmək hüququna təsir göstərə bilər. Buna görə də soydaşlarımız miqrasiya statusu, qeydiyyat, əmək müqavilələri və digər hüquqi prosedurlarla bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər. Profilaktik davranış sonradan yarana biləcək ciddi hüquqi problemlərin qarşısını ala bilər”.

Qanun layihəsinin yekun mətni qəbul edildikdən sonra onun tətbiq mexanizmləri və əhatə dairəsi daha aydın olacaq. Bununla belə, indidən görünən odur ki, Rusiya miqrasiya siyasətində daha sərt nəzarət mərhələsinə keçir və bu proses ölkədə yaşayan bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları üçün yeni hüquqi reallıq formalaşdıracaq.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Rusiyada miqrasiya siyasətinin son illərdə sərtləşdirilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: “Dövlət Dumasında müzakirəyə çıxarılan yeni qanun layihəsi də məhz bu xəttin davamıdır. Layihənin əsas mahiyyəti inzibati xətalara görə xarici vətəndaşlara tətbiq olunan sanksiyaların sərtləşdirilməsi və miqrasiya üzərində dövlət nəzarətinin gücləndirilməsidir. Moskvanın bu addımı ilk növbədə ölkə daxilində təhlükəsizlik, əmək bazarına nəzarət və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə izah olunur. Son illər Rusiyada miqrantların iştirakı ilə baş verən bir sıra hadisələrdən sonra ictimai rəydə də miqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı çağırışlar artıb. Hakimiyyət isə bu ictimai sifarişi qanunvericilik təşəbbüsləri vasitəsilə reallaşdırmağa və siyasi niyyətlərini gerçəkləşdirməyə çalışır. Bununla yanaşı, yeni qanunun qəbul edilməsi Rusiyada çalışan yüz minlərlə xarici vətəndaş, o cümlədən Azərbaycan vətəndaşları üçün ciddi nəticələr doğura bilər. Əgər indiyədək bəzi inzibati pozuntular yalnız cərimə ilə yekunlaşırdısa, gələcəkdə həmin pozuntular deportasiya üçün hüquqi əsas yaradacaq. Deportasiya hallarının artması və miqrantlara tətbiq edilən məhdudiyyətlərin sərtləşməsi gələcəkdə bu axını azaldacaq. Bu baxımdan, məsələ təkcə hüquqi deyil, həm də sosial-iqtisadi xarakter daşıyır. Bütün bunlardan doğan siyasi məqsəd və niyyətləri də kənara qoymaq olmaz…”

Bənzər Xəbərlər

Dünya

TƏCİLİ! İran açıqladı: ABŞ obyektləri vurulacaq – Müharibə qayıdır

İyul 8, 2026
Dünya

Dünya ŞOKDA: Tramp bu qərarı Türkiyədə imzaladı – Əməliyyat yenidən başlayır

İyul 8, 2026
Dünya

Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq – Rutte

İyul 8, 2026
Dünya

Trampın Ankara səfərinin gizli mesajları bilindi – Sabiq nazirdən diqqətçəkən AÇIQLAMA

 

İyul 8, 2026
Dünya

İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı – Pezeşkianın hədəfi Bakı olub?

İyul 8, 2026
Dünya

“Sea Breeze”lə bağlı gözlənilməz vəziyyət – Türkiyə detalı

İyul 8, 2026

XƏBƏR LENTİ

Azərbaycan Prezidenti İordaniya Kralını Azərbaycana DƏVƏT etdi

08 İyul, 26 / 15:01

Balakən və Zaqatalanı sel apardı

08 İyul, 26 / 14:42

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

08 İyul, 26 / 14:23

Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı”

08 İyul, 26 / 14:04

Nazirliklərdə yeni müavin postlarının pərdəarxası

08 İyul, 26 / 13:45

Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO

08 İyul, 26 / 13:26

TƏCİLİ! İran açıqladı: ABŞ obyektləri vurulacaq – Müharibə qayıdır

08 İyul, 26 / 13:07

Dünya ŞOKDA: Tramp bu qərarı Türkiyədə imzaladı – Əməliyyat yenidən başlayır

08 İyul, 26 / 12:48

Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq – Rutte

08 İyul, 26 / 12:29

Trampın Ankara səfərinin gizli mesajları bilindi – Sabiq nazirdən diqqətçəkən AÇIQLAMA

 

08 İyul, 26 / 12:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.