Son dəqiqə
Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar “Abşeronun faktiki əhalisi rəsmi rəqəmdən xeyli çoxdur”

Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq – VİDEO

Cəmiyyət

Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçilərinə müəyyən endirim və güzəştlər təqdim etmək məqsədilə “TəhsilPlus” kartı yaradılıb. Kart həm əməkhaqqı, həm də debet kart funksiyasını yerinə yetirir.

İyunun 1-dən etibarən Gəncə şəhərində təhsil işçiləri ictimai nəqliyyatda “TəhsilPlus” kartlarından güzəştli şərtlərlə istifadə etməyə başlayıblar. Belə ki, ictimai nəqliyyatda edilən hər ödənişdə məbləğin 10 faizi kart hesabına geri qaytarılır.

Mövzu ilə bağlı “Azad Azərbaycan” (ATV) telekanalı videomaterial hazırlayıb.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidovanın sözlərinə görə, layihə yaxın zamanda bölgələrdə fəaliyyət göstərən təhsil işçiləri üçün də əlçatan olacaq. Belə ki, “TəhsilPlus” kartı tezliklə Naxçıvanda da fəaliyyətə başlayacaq və “BakıKart”ın keçərli olduğu bütün şəhər və rayonlarda endirimlərdən istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, “TəhsilPlus” kartları təkcə müəllimlərə deyil, bütün təhsil müəssisələrində çalışan işçilərə mərhələli şəkildə təqdim ediləcək.