Son dəqiqə
Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar “Abşeronun faktiki əhalisi rəsmi rəqəmdən xeyli çoxdur”

Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur”

Cəmiyyət

Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə aparılan rəsmi danışıqlarda və yerində icra olunan texniki işlərdə irəliləyişlərin olduğu bəyan edilib. Bakı tərəfi iki ölkə arasındakı sülh prosesinin ən mühüm qollarından biri hesab olunan delimitasiya prosesinin gedişatını müsbət qiymətləndirib.

Cagdas.az  xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə rəsmi açıqlamasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Xarici siyasət idarəsinin rəhbəri bu mürəkkəb və strateji tapşırığın yerinə yetirilməsi məqsədilə hər iki ölkənin iştirakı ilə xüsusi dövlət komissiyasının yaradıldığını və bu komissiyanın işinin mütəmadi, nizamlı əsaslarla davam etdirildiyini xatırladıb. Nazir hazırda əldə olunmuş hüquqi bazaya diqqət çəkərək vurğulayıb: “Biz bu kontekstdə çox açıq bir müsbət dinamika görürük.

Bu günə olan məlumata görə, delimitasiya üzrə komissiyaların birgə fəaliyyətini birbaşa tənzimləyən müvafiq normativ-hüquqi aktlar artıq hər iki tərəfdən tam qəbul edilib və rəsmən təsdiqlənib”. (musavat.com)