Son dəqiqə

Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Cəmiyyət

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Rahim oğlu Musayevin cinayət işi Gorus məhkəməsinə daxil olub.

Cagdas.az  xəbər verir ki, NEWS.am bu barədə Ermənistanın “Dataleks” məhkəmə informasiya sisteminə istinadən məlumat yayıb. İş Sünik vilayət məhkəməsinin hakimi Hraç Dacuntsun icraatına verilib.

Ermənistan tərəfinin ittihamına əsasən, N.Musayev 2026-cı il sentyabrın 26-da Laçın rayonundakı döyüş mövqeyində xidmət apararkən sərhədi keçərək Ermənistan ərazisinə daxil olub. Onun üzərində avtomat, döyüş sursatı və süngü-bıçaq olduğu bildirilir.

İttiham materiallarında iddia olunur ki, hərbçi sentyabrın 30-dan oktyabrın 1-nə keçən müddətdə Sünik vilayətinin Şəki yaşayış məntəqəsində evlərdən birinə daxil olaraq telefon, ağıllı saat, pul və digər əşyalar götürüb.

Ermənistanın istintaq orqanları həmçinin N.Musayevin oktyabrın 1-də evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsi silahla hədələyərək evdən çıxmalarına mane olduğunu iddia edir.

İttihama görə, uşaqların anası evə gəldikdən sonra hərbçi avtomatdan altı dəfə atəş açıb. Güllələrdən birinin qadının sol bud nahiyəsinə dəydiyi, daha sonra onun digər ağır xəsarətlər də aldığı bildirilir.

Məlumata əsasən, N.Musayev həmin gün saat 16:15-də yaşayış məntəqəsindəki evlərdən birinə bitişik tövlədə aşkarlanaraq saxlanılıb.\modern.az\