Son dəqiqə
Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar “Abşeronun faktiki əhalisi rəsmi rəqəmdən xeyli çoxdur”

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.
Cagdas.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.

Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.

Qeyd edək ki, mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz.

Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir. Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Satışdan əldə olunan vəsait Azərbaycanın digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.(ölkə.az)