• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Oğlu sabiq icra başcısının başına oyun açdı: İki milyon manat hara yoxa çıxdı?

09 İyul, 26 / 18:25
A A
Sabiq icra başçısı Lütfəli Babayevin oğlu Babəli Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər – sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.

Cagdas.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edib.

Şahid Ə.O. təqsirləndirilən şəxsləri tanıdığını bildirib:

“Bu hadisə 2019-cu ildə olub. Ehtiramla bir dəfə görüşmüşəm. Biz tikinti işi ilə məşğul idik. Torpaq Babaəlinin adına idi, Ehtiram da onu təmsil edirdi. Maklerdən bizə təklif gələndən sonra Ehtiramla görüşdüm. Qiymət anlaşması milyon yarım idi. Bütün prosedurlar notariusda həll olundu. Babaəlinin Türkiyədə olduğunu demişdilər. Babaəli konsulluğa çağırıldı, görüntülü danışıldı, məsələləri müzakirə etdik. Sənədlərə şəriki olduğum şirkətin direktoru qol çəkmişdi. Alqı-satqı işini Samir həll etdi”.

Məhkəmənin növbəti iclası iyulun 16-na təyin olunub.

Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını iki milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin bir milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.

O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil edib. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə iki milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

Qeyd edək ki, Babaəli Babazadənin atası Lütfəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-19-cu illərdə isə Zərdab rayonunun icra başçısı olub.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarında daha bir paylaşım olundu - VİDEO

İyul 11, 2026
Cəmiyyət

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi – FOTO

İyul 11, 2026
Cəmiyyət

Anklav kəndləri ilə bağlı razılaşma ola bilər - VACİB AÇIQLAMA

İyul 11, 2026
Cəmiyyət

"Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır" - İlham Əliyev

İyul 11, 2026
Cəmiyyət

İlham Əliyev: "Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb"

İyul 11, 2026
Cəmiyyət

“Daha yumruq dövrü olmayacaq” – VİDEO

İyul 11, 2026

XƏBƏR LENTİ

Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət

11 İyul, 26 / 23:41

Prezidentin sosial şəbəkə hesablarında daha bir paylaşım olundu - VİDEO

11 İyul, 26 / 23:14

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi – FOTO

11 İyul, 26 / 22:49

Anklav kəndləri ilə bağlı razılaşma ola bilər - VACİB AÇIQLAMA

11 İyul, 26 / 22:30

"Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır" - İlham Əliyev

11 İyul, 26 / 22:16

Yeni hoteldə 45 nəfərə iş veriləcək – 20-si Qarabağ sakinidir

11 İyul, 26 / 21:58

İlham Əliyev: "Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb"

11 İyul, 26 / 21:40

“Daha yumruq dövrü olmayacaq” – VİDEO

11 İyul, 26 / 21:22

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda ürəyim sevinir

11 İyul, 26 / 21:05

İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır

11 İyul, 26 / 20:48
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.