• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.4° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

10 İyul, 26 / 15:46
A A

Xəbər verdiyimiz kimi, İsrail qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi prosedurları dayandırıb. Rəsmi Təl-Əviv-Ankara münasibətlərinin gərginliyini və qondarma “erməni soyqırımı”nın Türkiyəyə qarşı əsas hücum istiqamətlərindən biri olduğunu nəzərə alanda, İsrail hökumətinin bu qərarı gözlənilməz hesab oluna bilər.

O zaman sual yaranır: İsrail niyə Türkiyəyə qarşı “soyqırımı” kartından imtina etdi?

Hadisələrin inkişafı və yayılan məlumatlar İsrailin geri çəkilməsinin əsas səbəbinin Azərbaycan olduğunu təsdiq edir. Əslində İsrail hökumətinin tanınma qərarına rəsmi Bakının dərhal reaksiya verməsi fonunda aydın idi ki, Azərbaycan məsələni nəzarətə götürüb və böhranlı vəziyyətin yaranmaması naminə əlindən gələni edəcək.

İsrail Xarici İşlər Nazirliyi qondarma “soyqırımı”nın tanınması ilə bağlı müzakirələrə hələ iyun ayında başlamışdı və məsələnin tam rəsmiləşməsi üçün bir neçə prosedurun icra edilməsi, xüsusilə parlamentdə təsdiqlənməsi lazım idi. Qondarma “erməni soyqırımı”nın tanınması Türkiyəyə qarşı hər hansı hüquqi məsuliyyət yaratmasa belə, bunun Ankara-Təl-Əviv xəttində münasibətləri geridönməz istiqamətə sürükləyəcəyi bəlli idi.

Xüsusilə gərginliyin pik həddə olduğu dövrdə qondarma “soyqırımı” məsələsi “körpülərin yandırılması” ola bilərdi. Bu böhran Azərbaycanın maraqlarına uyğun deyil, çünki bir tərəfdə qardaş, digər tərəfdə dost ölkə var və tərəflər arasında qarşıdurma Azərbaycanda ciddi narahatlıq yaradır. Rəsmi Bakı daha öncə də Türkiyə və İsrail arasında təmasların yaradılması və münasibətlərin bərpası istiqamətində vasitəçilik edib, müsbət nəticələr də əldə olunub. Qondarma “erməni soyqırımı” məsələsinin tanınması isə həm Türkiyə-İsrail münasibətlərinin perspektivini, həm də Azərbaycanın strateji maraqlarını sual altına salırdı. Burada ən önəmli məsələlərdən biri də İsrailin bu addımı ilə bağlı Azərbaycanı məlumatlandırmamasıdır. Yayılan məlumatlarda bu detal təsdiqlənir. Bakıya məlumat vermədən Təl-Əvivin irəli sürdüyü təşəbbüs Azərbaycan-İsrail strateji tərəfdaşlığını uyğun deyildi.

Məlumatlara görə, Azərbaycan təşəbbüsün qarşısının alınması məqsədilə iki istiqamətdə hərəkət edib.

Birincisi, rəsmi şəkildə etirazını bildirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 29-da İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərardan narahatlığını bəyan etdi və qərarın yenidən nəzərdən keçirilməsi çağırışını etdi.

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”, – XİN-in bəyanatında bildirilirdi.

İkincisi, məsələ ilə bağlı narahatlıq və tanınma qərarının yaradacağı risklər haqqında arqumentlər diplomatik kanallarla İsrailə çatdırılıb. Rəsmi Bakı qondarma “soyqırımı”nın tanınmasının təkcə İsrail-Türkiyə münasibətlərinə yox, Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir göstərəcəyini izah edib.

Azərbaycanın arqumentləri İsraildə ideoloji baxışlarından asılı olmayaraq, bütün siyasi spektrdə – dövlət qurumlarında, ekspert cameəsində və müxtəlif siyasi düşərgələrdə dəstəkləndi. Bu amil tanınma qərarının dayandırılmasında rol oynayan əsas amillərdən biridir. Rəsmi Bakının diplomatik səyləri nəticəsində həm İsrail hökuməti, həm də parlament səviyyələrində tanınma qərarının müzakirəsi dayandırıldı və proses donduruldu. Bu nəticə həm Türkiyə-İsrail, həm də Azərbaycan-İsrail münasibətlərində mənfi perspektivlərin qarşısının alınması baxımından mühüm hadisədir.

Rəsmi Bakının diplomatik səyləri ilə əldə olunan bu nəticə bir neçə kontekstdə də xüsusi diqqət çəkir. Azərbaycan bütün strateji tərəfdaşlarla konstruktiv dialoq apararaq, milli maraqlarını müdafiə edə bildi, çünki qondarma “erməni soyqırımı”nın İsrail tərəfindən tanınması təkcə ölkələrarası münasibətləri zədələməyəcəkdi, eyni zamanda, Cənubi Qafqazda Bakının yaratdığı reallıqlara risklər yarada bilərdi. Bu, Azərbaycana qarşı “İsrailpərəst” ittihamlarına da tutarlı cavabdır.

Rəsmi Bakı bir daha təsdiq etdi ki, İsraillə strateji tərəfdaşlığı olsa da, Türkiyənin milli maraqlarına qarşı olan məsələlərdə qardaşlıq mövqeyini davam etdirir, eyni zamanda, iki müttəfiqi arasında böhranların yaranmasının qarşısını almaq iqtidarındadır. Bu nəticə Azərbaycanın regionda sabitləşdirici güc olduğunu da bir daha təsdiq etdi.

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının direktoru, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri

Bənzər Xəbərlər

Manşet

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi – FOTOLAR

İyul 10, 2026
Siyasət

Bakı – Vaşinqton - Brüssel xəttində MÜHÜM YENİLİK – İlin sonunda...

 

İyul 8, 2026
Manşet

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

İyul 8, 2026
Manşet

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

İyul 8, 2026
Manşet

Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib

İyul 8, 2026
Manşet

Prezident İlham Əliyev onlara diplomatik rütbə verdi

İyul 8, 2026

XƏBƏR LENTİ

Kamilo Duran rəsmən “Qarabağ”dan AYRILDI

10 İyul, 26 / 22:06

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

10 İyul, 26 / 22:00

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi – FOTOLAR

10 İyul, 26 / 21:55

Almaniyada rekord isti: 5 mindən çox ölən var

10 İyul, 26 / 21:52

Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? – Aşpaz AÇIQLADI

10 İyul, 26 / 21:38

Makronun Suriya səfərinə terror kölgəsi: partlayışların arxasında kim DAYANIR?

10 İyul, 26 / 21:22

ABŞ İranla bağlı vəziyyətdə strateji çıxılmaz vəziyyətdədir

10 İyul, 26 / 21:06

Hava pisləşəcək: İntensiv yağış yağacaq, sel keçəcək

10 İyul, 26 / 20:07

Elektron resept təklif olunur – Yeni qayda

10 İyul, 26 / 19:52

Kəlbəcərdə mina partlayıb

10 İyul, 26 / 19:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.