• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
31° Weather Columbus
$
1.7
€
1.9405
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Bakı – Vaşinqton - Brüssel xəttində MÜHÜM YENİLİK – İlin sonunda...

 

08 İyul, 26 / 20:21
A A

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deyns Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Qonaq Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğulayıb.

Senator, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib. O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bundan əvvəl isə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycanın dövlət başçısına sülhün memarı olduğunu bildirmiş və təşəkkür etmişdi. ABŞ lideri Tramp da prezident Əliyevə məktubunda sülh müqaviləsi ilə bağlı yeni gözləntiləri olduğunu vurğulamışdı. Avropa və ABŞ-dən ölkəmizə artan səfərlərin sülh prosesini tətikləməsi baxımdan rolu varmı? Yekun saziş bu ilin sonu Vaşinqtonda imzalana bilərmi?

Çağdaş.Az xəbər verir ki, Deputat Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, ABŞ və Avropa İttifaqından Bakıya reallaşan yüksək səviyyəli səfərlər, o cümlədən senator Stiv Deynsin görüşləri və gələn rəsmi məktublar Bakı-Vaşinqton-Brüssel xəttindəki dinamikanın sadəcə bəyanatlardan ibarət olmadığını, pərdəarxası çox ciddi diplomatik trafikin getdiyini göstərir:

“Bu çərçivədə Qərbdən ölkəmizə artan səfərlər sülh prosesini tətikləməkdə olduqca mühüm rola malikdir. Məlumdur ki, ötən ilin avqust ayında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilmiş mühüm sammitdən və tərəflərin sülh sazişinin mətnini paraflamasından sonra proses tamamilə yeni mərhələyə qədəm qoyub. Qərb platforması xüsusilə iki əsas istiqamətdə təşviq mexanizmini işlədir ki, bunlardan birincisi Vaşinqton sazişində əksini tapan, həm Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, həm də Ermənistana blokadadan çıxmaq şansı verən “TRIPP dəhlizi” adlandırılan iqtisadi layihədir.

İkincisi isə həm Vaşinqton, həm də Brüsselin sülh müqaviləsinin məhz Qərb masasında imzalanmasında maraqlı olması ilə bağlıdır, çünki bu, Rusiyanın regiondakı təsir rıçaqlarını zəiflətmək deməkdir. Bu fonda yekun sazişin bu ilin sonuna qədər Vaşinqtonda imzalana bilməsi ehtimalı gündəmə gəlir ki, sənədin mətni böyük ölçüdə hazır olsa və ilkin sülh dividendləri görünsə də, proses bəzi hüquqi və siyasi şərtlərdən asılıdır. Azərbaycanın isə prinsipial mövqeyi dəyişməz qalır və Bakı haqlı olaraq qətiyyətlidir ki, Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını rəsmən çıxarmalıdır. Ermənistanda konstitusiya referendumunun keçirilməsi və ölkədaxili siyasi təqvim bu hüquqi addım üçün müəyyən zaman tələb edir. Buna görə də yekun və rəsmi imzanın atılmasının hüquqi prosedurlara görə bir qədər gecikə biləcəyi gözləniləndir, lakin əvvəlki dövrlərdən fərqli olaraq Ermənistanın, yaxud bölgədə sülh arzulamayan hər hansı subyektin Azərbaycan əleyhinə vaxt qazanma strategiyasının heç bir perspektivi yoxdur”.

Bənzər Xəbərlər

Manşet

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

İyul 8, 2026
Manşet

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

İyul 8, 2026
Manşet

Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib

İyul 8, 2026
Manşet

Prezident İlham Əliyev onlara diplomatik rütbə verdi

İyul 8, 2026
Manşet

Prezidentdən Şuşa şəhərindəki abidələrlə bağlı FƏRMAN

İyul 8, 2026
Manşet

Azərbaycan Prezidenti İordaniya Kralını Azərbaycana DƏVƏT etdi

İyul 8, 2026

XƏBƏR LENTİ

Çatdırılma ilə sifariş etdiyiniz qidalar təhlükəli ola bilər - Ekspertdən xəbərdarlıq

08 İyul, 26 / 21:02

Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı

08 İyul, 26 / 20:40

Bakı – Vaşinqton - Brüssel xəttində MÜHÜM YENİLİK – İlin sonunda...

 

08 İyul, 26 / 20:21

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

08 İyul, 26 / 20:01

“Mavi axın”a hücum – Türkiyə araşdırır

08 İyul, 26 / 19:43

Ukrayna dronları “dünya lideri”ni hədəfə aldı – VİDEO

08 İyul, 26 / 19:24

İran səfirinin sözləri Ermənistanı qarışdırdı

08 İyul, 26 / 19:05

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

08 İyul, 26 / 18:47

Ali Məhkəmədən işçi hüquqları ilə bağlı mühüm qərar

08 İyul, 26 / 18:28

SON DƏQİQƏ! Qərar qəbul edildi: Bu gündən qüvvəyə minir

08 İyul, 26 / 18:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.