Liu Bin qeyd edib ki, qarşılıqlı siyasi etimadın yüksək səviyyəsi Çin-Rusiya əlaqələrinin ən fərqli xüsusiyyətinə çevrilib.
Çağdaş.Az-ın xəbərinə görə, Çin və Rusiya bir-birini xarici siyasətlərində əsas prioritet hesab edirlər. Bu barədə Çin xarici işlər nazirinin köməkçisi Lyu Bin bildirib.
O, Rusiyanın Çindəki səfirliyində “Yaxşı Qonşuluq və Dostluq Əməkdaşlıq Müqaviləsi”nin 25-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edərkən vurğulayıb ki, “Ölkələrimiz xarici siyasətdə həmişə bir-birini prioritet hesab edir. Əsas maraqlarla bağlı məsələlərdə daim bir-birimizi dəstəkləyirik”.
Liu Bin həmçinin qeyd edib ki, “qarşılıqlı siyasi etimadın yüksək səviyyəsi Çin-Rusiya əlaqələrinin ən fərqli xüsusiyyətinə çevrilib”.
Rusiya ilə Çin arasında yaxşı qonşuluq və dostluq əməkdaşlığı müqaviləsi Rusiya Prezidenti Vladimir Putin və Çinin keçmiş sədri Szyan Tszemin tərəfindən 20 illik müddətə imzalanıb. May ayında tərəflər onun qüvvədə olma müddətini uzatmaq barədə razılığa gəliblər.
















