Son dəqiqə
Əgər 50 yaşdan yuxarısızsa, bu qidaları YEYİN Qızıldan bahalı göbələk – İtlərin köməyi ilə yığılır Qonşu ölkələrdə ən yaşlı deputatlar: 90 yaşlı siyasətçi, 86 yaşlı akademik… – ARAŞDIRMA Azərbaycan iqtisadiyyatında İKİNCİ NƏFƏS: Neftdən sonra ən böyük sərmayə axını başladı – milyardlar axacaq Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? – Nazirlərin keçmişi Bu ərazilərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR: Ev və torpaq qiymətləri bahalaşır Türkiyə ilə İsrail arasında dərin əlaqələr: sensasion faktlar üzə çıxdı – FOTOLAR İcra başçısı təyin edilən Hacıbaba Babayev kimdir? Sərnişinlər üçün bu ərazilərdə dəyişiklik edildi – FOTO Gədəbəy rayonuna icra başçısı təyin olundu
Reklam
Reklam

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsinin test mərhələsinə başlayır

İqtisadiyyat

Avropa Mərkəzi Bankı (AMB) rəqəmsal avro layihəsini planlaşdırma mərhələsindən test mərhələsinə keçirir. Bank layihənin növbəti mərhələsində iştirak edəcək 36 ödəniş xidməti provayderini seçib.

Çağdaş.Az xəbər verir ki, AMB-nin rəsmi açıqlamasına əsasən, seçilən şirkətlər arasında “Stripe” və “Revolut” kimi maliyyə texnologiyası şirkətləri, həmçinin “Deutsche Bank”, “UniCredit” və “BPCE” kimi ənənəvi banklar da yer alır.

Bildirilir ki, layihəyə 50-dən çox müraciət daxil olub və yekunda 36 şirkət pilot proqram üçün seçilib.

Pilot layihə hökumətlərin mərkəzi bank rəqəmsal valyutalarına (CBDC) fərqli yanaşdığı bir dövrdə həyata keçirilir. Avropa İttifaqı rəqəmsal avronun sınaqlarını genişləndirərkən, ABŞ-da Federal Ehtiyat Sisteminin CBDC buraxmasının qarşısını almağa yönəlmiş addımlar atılıb.

AMB bu ilin əvvəlində avrozonada fəaliyyət göstərən ödəniş xidmətləri provayderlərinin seçiminə başlayıb. 12 aylıq sınaq mərhələsinin 2027-ci ilin ikinci yarısında başlaması planlaşdırılır.

Ən çox seçilən şirkət İtaliyadan olub. Bu ölkədən “UniCredit”, “Poste Italiane”, “Nexi Payments”, “Banca Sella”, “Banca Monte dei Paschi di Siena”, “Isybank” və “Numia” daxil olmaqla yeddi şirkət layihədə iştirak edəcək.

İtaliyanı beş şirkətlə Almaniya izləyir. Portuqaliya və Yunanıstan isə hər biri üç şirkətlə pilot proqramda təmsil olunacaq.

AMB İdarə Heyətinin üzvü və rəqəmsal avro layihəsinin rəhbəri Piero Çipollon bildirib ki, müraciətlərin çoxluğu özəl sektorun layihəyə böyük maraq göstərdiyini nümayiş etdirir.

Pilot proqram çərçivəsində AMB ilə yanaşı Belçika, Almaniya, Fransa, İtaliya, İspaniya və Niderland da daxil olmaqla 19 avrozona ölkəsinin mərkəzi bankları, ödəniş şirkətləri və biznes qurumları iştirak edəcək.

Sınaq müddətində seçilmiş şirkətlər istifadəçilərin rəqəmsal avro xidmətlərinə çıxışını təmin edəcək, biznes subyektlərinə ödənişlərin qəbulunda dəstək verəcək və sistemin mümkün tətbiqindən əvvəl texniki imkanlarını yoxlayacaqlar.