• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Tramp Baydenin qərarını dəyişdi – Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir

15 İyul, 26 / 10:55
A A

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, Vaşinqtonla strateji tərəfdaşlığın inkişafı və Azadlığa Dəstək Aktına “907-ci düzəliş”lə bağlı mühüm açıqlamalar verib.

Dövlət başçısı bildirib ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın dövründə ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident eyni zamanda vurğulayıb ki, 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş “907-ci düzəliş” artıq tamamilə köhnəlib və ABŞ Konqresi tərəfindən tam ləğv olunmalıdır.

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycanla ABŞ arasında münasibətlər son dövrlərdə keyfiyyətcə yeni mərhələyə daxil olub:

“Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri, ardınca iki ölkə arasında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi və yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi Vaşinqton-Bakı münasibətlərinin daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan məcraya keçdiyini göstərir. Bu proses təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik, enerji və nəqliyyat əməkdaşlığı baxımından yeni imkanlar formalaşdırır.

Bu kontekstdə Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş artıq mövcud geosiyasi reallıqlarla uzlaşmayan qərar kimi qiymətləndirilir. Azərbaycanın uzun illər əvvəl Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırması, regionda yeni kommunikasiya və əməkdaşlıq imkanlarının yaranması həmin düzəlişin hüquqi və siyasi əsaslarını zəiflədib. Buna görə də ABŞ Konqresinin bu məsələni yenidən nəzərdən keçirməsi, keçmişdə qəbul edilmiş yanlış qərarları etiraf etməsi və müasir regional reallıqlara uyğun addımlar atması ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.

ABŞ administrasiyalarının Cənubi Qafqaza yanaşmalarında da fərqlilik müşahidə olunur. Keçmiş prezident Co Bayden dövründə regionda mövcud status-kvonun qorunmasına üstünlük verildiyi barədə fikirlər səsləndirilirdisə, Donald Tramp administrasiyasının sülh təşəbbüslərinə daha çox önəm verməsi və Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşmasını dəstəkləməsi yeni siyasi atmosfer formalaşdırır. Əgər bu kurs davamlı xarakter alarsa, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlığı gücləndirən əsas amillərdən birinə çevrilə bilər”.

Bənzər Xəbərlər

Manşet

Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı

İyul 15, 2026
Cəmiyyət

Anklav kəndləri ilə bağlı razılaşma ola bilər - VACİB AÇIQLAMA

İyul 11, 2026
Manşet

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi – FOTOLAR

İyul 10, 2026
Siyasət

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

İyul 10, 2026
Siyasət

Bakı – Vaşinqton - Brüssel xəttində MÜHÜM YENİLİK – İlin sonunda...

 

İyul 8, 2026
Manşet

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

İyul 8, 2026

XƏBƏR LENTİ

Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi

15 İyul, 26 / 14:06

İlin ilk yarısında inflyasiya 5,7 faiz oldu

15 İyul, 26 / 13:52

Vaxtı bitən hədiyyə kartı istifadə oluna bilər – Hakim AÇIQLADI

15 İyul, 26 / 13:38

İlham Əliyev Ərdoğana məktub ünvanladı

15 İyul, 26 / 13:23

İctimai nəqliyyatda gizli dini təbliğat

15 İyul, 26 / 13:09

Qızılın qiyməti ucuzlaşdı

15 İyul, 26 / 12:55

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

15 İyul, 26 / 12:41

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır – Fərqlər nələrdir?

15 İyul, 26 / 12:27

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

15 İyul, 26 / 12:15

Bu ölkədə su qıtlığı: Fövqəladə vəziyyət elan edildi

15 İyul, 26 / 12:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.