Son dəqiqə
Bakının 7 istiqamətində tıxac yarandı Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

Cəmiyyət
“Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxtın saat 13:00–15:00 aralığıdır”.

Cagdas.az  “EatingWell” nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb.

Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna görə də qısa istirahət insanı gümrahlaşdırır və gecə yuxusuna mənfi təsir göstərmir.

Smayli gündüz yuxusunun 10–30 dəqiqə davam etməsini tövsiyə edib.

Dietoloq əlavə edib ki, vaxtında edilən gündüz yuxusu diqqətin cəmlənməsini artırır, məhsuldarlığı yüksəldir və əhval-ruhiyyəni yaxşılaşdırır. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, hətta qısa müddətli gündüz istirahəti belə orqanizmin zehni yorğunluqdan sonra bərpasına kömək edir.

Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, gündüz yuxusu keyfiyyətli gecə yuxusunu əvəz edə bilməz.(Ölkə.az)