Türkiyə Xarici İşlər Nazirliyi Yəmən husilərinin Səudiyyə Ərəbistanının cənub bölgəsinə həyata keçirdiyi raket hücumunu qətiyyətlə pisləyib.
Cagdas.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, eyni zamanda regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan bu hücum fonunda Ankara Ər-Riyada tam həmrəy olduğunu bir daha təsdiqləyir.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfləri bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyə də çağırıb.(Referans Media )
















