Son dəqiqə
Bakının 7 istiqamətində tıxac yarandı Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

“Müharibə Qara dənizə keçərsə…” – Türkiyə HƏRƏKƏTƏ KEÇDİ

Cəmiyyət

Türkiyə xarici işlər naziri Hakan Fidan iyulun 15-16-da Ukraynaya səfər edəcək. Səfər çərçivəsində sülh tənzimlənməsi və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Cagdas.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, nazir Hakan Fidan Kiyevdə keçirəcəyi görüşlərdə müharibənin Qara dəniz hövzəsinə yayılmasının qarşısını almağın vacibliyini vurğulayacaq:

“Xarici işlər naziri Hakan Fidan 15-16 iyul 2026-cı il tarixlərində Ukraynaya səfər edəcək. Görüşlər zamanı o, artan gərginliyin azaldılmasının və naviqasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edəcək. Bu kontekstdə nazir Qara dənizdə limanlara və o cümlədən balıqçı gəmilərinə zərbələr endirilməsinin heç bir halda qəbul edilə bilməz olduğunu diqqətə çatdıracaq”.

Mənbənin sözlərinə görə, Fidan həmçinin “Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyinə diqqət çəkəcək” və “Türkiyənin Ukrayna ilə Rusiyanı yenidən danışıqlar masasına qaytarmağa hazır olduğunu bəyan edəcək”.

Ankara Qara dənizin sülh, sabitlik və əməkdaşlıq hövzəsi kimi qorunub saxlanması üçün öz diplomatik təşəbbüslərini qətiyyətlə davam etdirəcək.

Türkiyə XİN rəhbəri Kiyevdə həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, energetika və müdafiə sahələrində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün atıla biləcək birgə addımları müzakirə edəcək.

Eyni zamanda, Türkiyənin Ukraynanın bərpa layihələrində iştirakı perspektivləri də nəzərdən keçiriləcək.

Səfər çərçivəsində Hakan Fidanın ukraynalı həmkarı Andrey Sibiqa, prezident Volodimir Zelenski, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə danışıqlar aparacağı gözlənilir.(referans media)