• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
34.5° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

15 İyul, 26 / 22:05
A A

Azərbaycanda peşə təhsili sistemində genişmiqyaslı dəyişikliklərə hazırlıq gedir. Elm və Təhsil Nazirliyi qüvvədə olan 800-dən çox peşə ixtisasını əhatə edən təsnifatın tamamilə yenilənməsi üzərində işləyir. Yeni layihəyə əsasən, ixtisasların sayı təxminən 250-yə endiriləcək. Nazirlik bunu əmək bazarında baş verən dəyişikliklər, bəzi ixtisaslar üzrə uzun illərdir kadr hazırlığının aparılmaması və iqtisadiyyatın müasir tələbləri ilə əsaslandırır.

Bəs ixtisasların sayının üç dəfəyə yaxın azaldılması peşə təhsilinin keyfiyyətinə necə təsir edəcək?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a bildirib ki, ümumilikdə ixtisasların sayının üç dəfəyə yaxın azaldılması peşə təhsilinin strukturunun müasirləşdirilməsi istiqamətində atılan zəruri və mütərəqqi addım kimi dəyərləndirilməlidir: “Bunun keyfiyyətə və əmək bazarına təsiri prizmasından yanaşdıqda görünür ki, bu islahat peşə təhsilinin keyfiyyətini aşağı salmayacaq, əksinə, onu növbəti inkişaf mərhələsinə daşıyacaq. Dar ixtisaslaşma əvəzinə tələbələr daha geniş profilli sahələrə yiyələnəcəklər ki, bu da çeviklik və çoxşaxəli peşə bacarıqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Məsələn, ayrıca torpaqşünas və ya aqronom əvəzinə daha funksional və müasir “aqrotexnologiya mütəxəssisi” ixtisası formalaşacaq. Bununla yanaşı, inter-, trans- və multidissiplinar ixtisasların inkişafı müasir əmək bazarının tələblərinə cavab verən keyfiyyətli kadr potensialının formalaşmasına gətirib çıxaracaq. Resursların effektiv konsentrasiyası baxımından da mən bu islahatı yüksək qiymətləndirirəm. Çünki 800 ixtisas üzrə eyni vaxtda müasir laboratoriyaların, dərsliklərin və peşəkar kadr heyətinin formalaşdırılması təbii ki, mümkün deyil. İxtisas sayının azaldılması dövlət və özəl sektorun maliyyə resurslarının real tələbat olan sahələrə, müasir avadanlıqlara və keyfiyyətli tədris mühitinə yönəldilməsini təmin edəcək”.

İlqar Orucovun fikrincə, bu, dual təhsilin inkişafını da stimullaşdıracaq: “İşəgötürənlər kağız üzərində mövcud olan, lakin praktik əhəmiyyətini itirmiş ixtisaslar deyil, biznesin bugünkü ehtiyaclarına birbaşa cavab verən 250 ixtisas üzrə fəaliyyət göstərən təhsil müəssisələri ilə daha asan əməkdaşlıq quracaq və tələbələr üçün real təcrübə imkanları yaradacaqlar. Bu, son dərəcə vacib məsələdir. Ümumilikdə mən istər peşə təhsilində, istər ali təhsildə, istərsə də orta ixtisas təhsilində dual təhsil modelinə xüsusi önəm verilməsini çox mühüm hadisə hesab edirəm. Mən hər zaman bu prizmadan çıxış edərək tənqidi mövqeyimi də ifadə etmişəm ki, mütləq şəkildə dual təhsilə üstünlük verilməlidir. Hesab edirəm ki, məhz bu islahat dual təhsilin stimullaşdırılması baxımından olduqca faydalı olacaq”.

Mütəxəssis düşünmür ki, burada peşələrin sıradan çıxması kimi bir risk var: “Bu addım peşələrin yox olması deyil, artıq aktuallığını itirmiş, praktik əhəmiyyət daşımayan və “ölü ixtisaslar” adlandırılan istiqamətlərin arxivə göndərilməsi deməkdir. Ümumilikdə bir çox ixtisaslar üzrə onilliklərdir kadr hazırlanmır və ya həmin peşələr texnoloji tərəqqi nəticəsində tamamilə aktuallığını itirib. Məsələn, köhnə nəsil rabitə xidmətçiləri, mexaniki maşın operatorları və bu qəbildən olan bir sıra ixtisaslara bu gün real ehtiyac qalmayıb. Bu islahat əmək bazarını süni şəkildə şişirdilmiş və artıq tələb olunmayan ixtisaslardan təmizləyəcək”.

İlqar Orucov həmçinin qeyd edib ki, yeni və perspektivli ixtisaslar ön plana çıxacaq:

“Bunlar gələcəyin peşələri hesab olunur. Süni intellektin, rəqəmsallaşmanın və avtomatlaşdırmanın sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycanın peşə təhsili sistemində yeni ixtisasların yaradılması üçün məhz həmin sahələrə yer ayrılması olduqca vacibdir. Burada ilk növbədə süni intellekt və böyük verilənlər (“Big Data”) üzrə texniki mütəxəssisləri qeyd etmək olar. Şirkətlərdə süni intellekt alətlərini tənzimləyən, tətbiq edən və məlumat bazalarını idarə edən texniki heyətə ciddi ehtiyac var. Hesab edirəm ki, bu istiqamətlər peşə təhsili sistemində mühüm yer tutmalıdır. Digər mühüm istiqamətlərdən biri robototexnika və avtomatlaşdırılmış sistemlərin texnikləri ixtisasıdır. Müasir sənaye müəssisələrində və logistika mərkəzlərində robotların, avtomatlaşdırılmış istehsal xətlərinin və konveyer sistemlərinin sazlanması, təmiri və proqramlaşdırılması üzrə mütəxəssislərə ciddi ehtiyac yaranır.

Bununla yanaşı, kibertəhlükəsizlik üzrə texniki mütəxəssislərin hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal infrastrukturun ilkin səviyyədə qorunması və şəbəkə təhlükəsizliyinin təmin edilməsi məhz bu sahənin peşəkar kadrlarının üzərinə düşəcək. Çox vacib istiqamətlərdən biri də ağıllı kənd təsərrüfatı texnikləri ixtisasıdır. Aqrar sektorda dronların idarə olunması, avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqi, sensor texnologiyalarına xidmət göstərilməsi baxımından bu ixtisas gələcəkdə ən çox tələb olunan peşələrdən birinə çevriləcək. Həmçinin alternativ enerji sistemlərinin quraşdırıcıları ixtisası da xüsusi əhəmiyyət kəsb edir. Yaşıl enerji keçidi fonunda günəş panellərinin, külək turbinlərinin və digər alternativ enerji sistemlərinin quraşdırılması, idarə olunması və texniki servisinin həyata keçirilməsi üçün peşəkar kadrlara ehtiyac artacaq. Hətta mən düşünürəm ki, qalıq yanacaqlardan mərhələli şəkildə imtina prosesi fonunda, hansı ki, dünya ölkələri bununla bağlı konkret öhdəliklər götürüblər, məsələ təkcə günəş və külək enerjisi ilə məhdudlaşmayacaq. Gələcəkdə formalaşacaq yeni alternativ enerji mənbələri üzrə də yüksək ixtisaslı kadrlara ehtiyac yaranacaq. Buna görə də peşə məktəbləri indidən bu dəyişikliklərə hazır olmalıdır”.

Sonda mütəxəssis vurğulayıb ki, ölkədə peşə təhsilinin perspektivinə kifayət qədər nikbin baxır və düşünür ki, məhz təhsilin bu pilləsinin inkişaf etdirilməsi naminə genişmiqyaslı islahatlara hər zaman ehtiyac var.(refers media)

Bənzər Xəbərlər

Dünya

Pezeşkianın bu addımı müzakirəyə səbəb oldu – FOTO

İyul 15, 2026
Dünya

“Akıncı”dan inanılmaz əməliyyat: Sudan səmasında Çin PUA-sını VURDU

İyul 15, 2026
Dünya

Putindən sonra Netanyahunun da başına gəldi – Türkiyədən qalmaqallı addım

İyul 15, 2026
Dünya

Trampdan İrana son xəbərdarlıq: Yeni hədəfləri açıqladı

İyul 15, 2026
Dünya

Trampdan İrana sərt ultimatum: “Sizdən geriyə heç nə qalmayacaq”

İyul 15, 2026
Dünya

“Husilər”in Səudiyyə ilə bağlı bu addımı Türkiyəni hiddətləndirdi – SƏRT BƏYANAT

İyul 15, 2026

XƏBƏR LENTİ

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

15 İyul, 26 / 23:50

Telefonla hərraca qoşulub bir skeletə 50 milyon dollar verdi

15 İyul, 26 / 23:32

Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı -VİDEO

15 İyul, 26 / 23:13

Valideynlərin ad seçimi: Melisa zirvədə…

15 İyul, 26 / 23:00

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır – ŞOK RƏQƏMLƏR

15 İyul, 26 / 22:44

9 illik məhkəmə marafonu bitdi: Reza Zərrabla bağlı yekun qərar açıqlandı

15 İyul, 26 / 22:31

Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi

15 İyul, 26 / 22:18

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

15 İyul, 26 / 22:05

Dilənçiyə pul vermək savabdır, yoxsa günah?

15 İyul, 26 / 21:53

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

15 İyul, 26 / 21:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.