• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
34.6° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dilənçiyə pul vermək savabdır, yoxsa günah?

15 İyul, 26 / 21:53
A A

Zaman-zaman sosial şəbəkələrdə və ictimaiyyət arasında dilənçilərə pul verib-verməmək məsələsi müzakirə olunur. Bəziləri küçələrdə dilənən insanların bunu peşəyə çevirdiyini bildirərək onlara pul verməyin doğru olmadığını deyir. Digərləri isə bu fikirlə razılaşmayaraq ehtiyac sahibi olan insanlara kömək etməyin həm mənəvi, həm də dini baxımdan vacib olduğunu vurğulayırlar.

Bəs dinimiz kimlərə yardım etməyi tövsiyə edir? Küçədə dilənən insana pul vermək, yoxsa verməmək günah sayılır?

Cagdas.az  xəbər verir ki, ilahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a İslam dininin mərhəməti, yardımlaşmanı və ehtiyac sahiblərinə dəstək olmağı ən böyük mənəvi dəyərlərdən biri hesab etdiyini bidirib:

“Qurani-Kərimdə yoxsullara, miskinlərə və möhtac insanlara yardım etmək dəfələrlə tövsiyə olunur. Eyni zamanda Uca Allah buyurur: “Dilənəni də qovma!” (“Duha” surəsi, 10). Bu ilahi göstəriş ehtiyac sahibi ilə nəzakətlə davranmağı, onu təhqir etməməyi və insan ləyaqətini qorumağı əmr edir”.

İlahiyyatçı əlavə edib ki, bununla belə, bu ayə hər qarşılaşdığımız dilənçiyə mütləq pul verməli olduğumuz mənasını daşımır:” İslam xeyirxahlığı hikmət və məsuliyyətlə birgə həyata keçirməyi tövsiyə edir. Məqsəd sadəcə pul vermək deyil, həqiqətən ehtiyac içində olan insana fayda göstərməkdir.

Əgər qarşımızdakı şəxsin həqiqətən ehtiyac sahibi olduğuna əminiksə, ona kömək etmək savab əməldir. Lakin yardım təkcə pul şəklində olmamalıdır. Yemək almaq, geyim və ya dərmanla təmin etmək, yaxud digər zəruri ehtiyaclarını qarşılamaq çox vaxt daha faydalı və məqsədəuyğun olur.

Müasir dövrdə peşəkar dilənçilik və bu fəaliyyətdən qazanc məqsədilə istifadə edən qrupların mövcudluğu da nəzərə alınmalıdır. Belə hallarda verilən pulun həqiqi ehtiyac sahibinə çatmamaq ehtimalı var. Buna görə də yardımı tanıdığımız ehtiyac sahiblərinə, aztəminatlı ailələrə və etibarlı xeyriyyə təşkilatları vasitəsilə çatdırmaq daha doğru seçimdir. Küçədə qarşılaşdığımız bir insana kömək etmək istədikdə isə ona pul vermək əvəzinə yemək almaq və ya konkret ehtiyacını qarşılamaq daha məqsədəuyğun hesab olunur”.

Samid Quliyevə görə, müsəlman etdiyi yardımın həqiqətən ehtiyacı aradan qaldırmasına, insan ləyaqətini qorumasına və sui-istifadəyə şərait yaratmamasına diqqət yetirməlidir:”İslamın məqsədi dilənçiliyi təşviq etmək deyil, ehtiyacı aradan qaldırmaq, yardımlaşma mədəniyyətini gücləndirmək və cəmiyyətdə sosial həmrəyliyi möhkəmləndirməkdir’.

Bənzər Xəbərlər

Cəmiyyət

Valideynlərin ad seçimi: Melisa zirvədə…

İyul 15, 2026
Cəmiyyət

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır – ŞOK RƏQƏMLƏR

İyul 15, 2026
Cəmiyyət

9 illik məhkəmə marafonu bitdi: Reza Zərrabla bağlı yekun qərar açıqlandı

İyul 15, 2026
Cəmiyyət

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

İyul 15, 2026
Cəmiyyət

Rusiya “Ptaxi Madyara”nın qərargahını vurdu: Sağ qalan yoxdur

İyul 15, 2026
Cəmiyyət

Azərbaycanda benzin qıtlığı yarana bilər? – VACİB AÇIQLAMA

İyul 15, 2026

XƏBƏR LENTİ

Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı -VİDEO

15 İyul, 26 / 23:13

Valideynlərin ad seçimi: Melisa zirvədə…

15 İyul, 26 / 23:00

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır – ŞOK RƏQƏMLƏR

15 İyul, 26 / 22:44

9 illik məhkəmə marafonu bitdi: Reza Zərrabla bağlı yekun qərar açıqlandı

15 İyul, 26 / 22:31

Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi

15 İyul, 26 / 22:18

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

15 İyul, 26 / 22:05

Dilənçiyə pul vermək savabdır, yoxsa günah?

15 İyul, 26 / 21:53

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

15 İyul, 26 / 21:43

Rusiya “Ptaxi Madyara”nın qərargahını vurdu: Sağ qalan yoxdur

15 İyul, 26 / 21:30

Pezeşkianın bu addımı müzakirəyə səbəb oldu – FOTO

15 İyul, 26 / 21:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.