İndiyədək tapılan tirannozavr skeletləri arasında ən böyük və ən tam nümunələrdən biri hesab edilən skelet Sotheby’s hərrac evində rekord qiymətə satılıb.
Cagdas.az hərrac evinin açıqlamasına istinadən xəbər verir ki, reks tirannozavrın skeletinə 50,1 milyon dollar ödənilib.
Sotheby’s-in məlumatına görə, “Gus” adlandırılan nümunə indiyə qədər hərraca çıxarılan ən bahalı dinozavr fosili olub. Ona təklif olunan məbləğ 2024-cü ildə Stegosaurus üçün ödənilən təxminən 45 milyon dolları keçib.
Telefonla təklif verən və adının açıqlanmasını istəməyən qalib on dəqiqəlik hərrac raundu ərzində altı rəqibini üstələyib. Hərracdan əvvəl lotun dəyərinin 20-30 milyon dollar olduğu təxmin edilirdi./musavat.com
















