• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
34.9° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

15 İyul, 26 / 21:43
A A

Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin barəsində olan hökmdən onların vəkilləri və zərərçəkənlərin hüquqi varislərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Cagdas.az   APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkənin hüquqi varisləri Aydın Rüstəmov və Tural Həsənovla barışıq əldə edildiyi məlum olub. Bildirilib ki, onların hər ikisi şikayətini geri götürüb.

Daha sonra məhkəmədə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti qismən təmin edilib və hər iki təqsirləndirilənin cəzası daha 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb. Eyni zamanda məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərə Amnistiya aktı şamil edilib və hər birinin cəzası 6 ay azaldılaraq 5 il 6 aya endirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb. İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

İyul 15, 2026
Cəmiyyət

Telefonla hərraca qoşulub bir skeletə 50 milyon dollar verdi

İyul 15, 2026
Cəmiyyət

Valideynlərin ad seçimi: Melisa zirvədə…

İyul 15, 2026
Cəmiyyət

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır – ŞOK RƏQƏMLƏR

İyul 15, 2026
Cəmiyyət

9 illik məhkəmə marafonu bitdi: Reza Zərrabla bağlı yekun qərar açıqlandı

İyul 15, 2026
Cəmiyyət

Dilənçiyə pul vermək savabdır, yoxsa günah?

İyul 15, 2026

XƏBƏR LENTİ

Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb

15 İyul, 26 / 23:50

Telefonla hərraca qoşulub bir skeletə 50 milyon dollar verdi

15 İyul, 26 / 23:32

Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı -VİDEO

15 İyul, 26 / 23:13

Valideynlərin ad seçimi: Melisa zirvədə…

15 İyul, 26 / 23:00

Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır – ŞOK RƏQƏMLƏR

15 İyul, 26 / 22:44

9 illik məhkəmə marafonu bitdi: Reza Zərrabla bağlı yekun qərar açıqlandı

15 İyul, 26 / 22:31

Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi

15 İyul, 26 / 22:18

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

15 İyul, 26 / 22:05

Dilənçiyə pul vermək savabdır, yoxsa günah?

15 İyul, 26 / 21:53

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

15 İyul, 26 / 21:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.