Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ Zəngəzur dəhlizini icarəyə götürür

Cəmiyyət

Ermənistanda həyata keçirilməsi planlaşdırılan TRIPP layihəsi ilə bağlı yeni detallar açıqlanıb.

Cagdas.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihə çərçivəsində ABŞ-nin TRIPP Development şirkəti müəyyən ərazilərdə torpaq istifadəsi və tikinti hüquqları əldə edəcəyini bildirib.

O əlavə edib ki, şirkətə veriləcək hüquqlar ilkin mərhələdə 49 il müddətinə qüvvədə olacaq. Səhmlərin bölgüsü isə belə nəzərdə tutulur: 74 faiz ABŞ tərəfinə, 26 faiz isə Ermənistan Respublikasına məxsus olacaq.

49 illik ilkin müddət başa çatdıqdan sonra tərəflərin razılığı əsasında sazişin daha 50 il uzadılması imkanı da mövcuddur. Bu halda Ermənistanın şirkətdəki payının 49 faizə çatdırılması nəzərdə tutulur(modern.az)