Son dəqiqə
Bakının 7 istiqamətində tıxac yarandı Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Azərbaycanın Türkiyədəki Səfirliyindən tələbələrə yeni xidmət

Cəmiyyət

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb.

Cagdas.az xəbər verir ki, həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq:

– Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq;
– Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar;
– Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik;
– Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar;
– Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər;
– Rəsmi görüşlər, tədbirlər və təhsil diplomatiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər;
– Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər.(modern.az)

“Facebook” ünvanı: Təhsil Məsələləri – Azərbaycanın Türkiyədəki Səfirliyi