• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
34.1° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rusiyalı milyarderlər təşvişdə – sərvətlərini xaricə daşıyırlar

16 İyul, 26 / 22:33
A A

Rusiyanın ən varlı biznesmenlərindən bir neçəsi ölkə iqtisadiyyatının və dövlət büdcəsinin vəziyyəti ilə bağlı artan narahatlıqlar fonunda son bir ildə ölkədən on milyardlarla dollar çıxarıb.

Cagdas.az  xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, həmin biznesmenlər arasında Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslər də var. Onlar həmçinin aktivlərinin, məsələn, “Domodedovo” hava limanının keçmiş sahibi Dmitri Kamensçikin başına gəldiyi kimi, müsadirə edilə biləcəyindən ehtiyat edirlər.

Bundan başqa, biznes nümayəndələri dövlətin müharibəni maliyyələşdirmək üçün onların üzərində təzyiqi artıracağından narahatdırlar. Bloomberg xatırladır ki, mart ayında Putinlə keçirilən görüşdə Rusiyanın ən iri biznesmenlərinə müharibəyə vəsait ayırmaq təklif olunub. Kreml isə biznesmenlərdən pul istənilmədiyini, onların belə bir təşəbbüslə özlərinin çıxış etdiyini bildirib.

Nəşrin məlumatlı mənbələrinin sözlərinə görə, Rusiyanın ən varlı biznesmenləri son bir ildə investisiya portfellərini yenidən nəzərdən keçirərək kriptovalyutaya, qızıla və xaricdə daşınmaz əmlaka yatırımları artırıblar.

Bloomberg qeyd edir ki, qeyri-rəsmi kapital axınının, xüsusilə kriptovalyuta əməliyyatları vasitəsilə ölkədən çıxarılan vəsaitin dəqiq həcmini müəyyənləşdirmək çətindir.

Lakin bir neçə ən varlı rusiyalı biznesmenin investisiya qərarları ilə tanış olan iki mənbənin sözlərinə görə, söhbət on milyardlarla dollardan gedir. Onlar bildiriblər ki, kapital axını əvvəlki illə müqayisədə artıb.

Nəşr yazır ki, aktivlərini Kremlin nəzarətindən kənara çıxarmağa çalışan rusiyalı biznesmenlər Ukraynaya qarşı müharibəyə görə Rusiyaya tətbiq edilən Qərb sanksiyalarını da nəzərə almağa məcburdurlar.

Bloomberg bu kontekstdə Moldovadan qaçan biznesmen İlan Şor və Rusiyanın dövlətə məxsus PSB bankının (keçmiş Promsvyazbank) sahibi olduğu “A7” şirkətini nümunə göstərir.

“A7” şirkəti rubla bağlı A7A5 kriptovalyutasından istifadə etməklə transsərhəd ödənişlər həyata keçirir.

PSB bankının məlumatına görə, 2025-ci ilin ilk yarısında “A7” vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 7,5 trilyon rublu keçib. Bu məbləğ təxminən 98 milyard dollara bərabərdir.(modern.az)

Bənzər Xəbərlər

Dünya

Ankara Ermənistanla bağlı mühüm qərar verdi

İyul 17, 2026
Dünya

Dünya çempionatının finalı təxirə salınacaq

İyul 17, 2026
Dünya

Çinin məşhur şirkəti Azərbaycanda qadağan edilir? – TEMU ətrafında baş verənlər

İyul 17, 2026
Dünya

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

İyul 17, 2026
Dünya

Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?

İyul 17, 2026
Dünya

Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi

İyul 17, 2026

XƏBƏR LENTİ

Milyarderlər pullarını hara yatırır? – ARAŞDIRMA

17 İyul, 26 / 23:32

SENSASİON KƏŞF: Alimlər Yer kürəsinə bənzər planet tapdılar – Yaşayış üçün hər şey var

17 İyul, 26 / 23:16

Həftəsonu bu bürclər üçün sürprizlərlə dolu olacaq

17 İyul, 26 / 23:00

Ebola virusu yenidən can alır – Ölənlərin sayı sürətlə artır

17 İyul, 26 / 22:47

Qurban Qurbanovdan ŞOK QƏRAR – Onu komandadan QOVDU!

17 İyul, 26 / 22:32

Sağdan ötməyə hansı hallarda icazə verilir?

17 İyul, 26 / 22:17

Bir neçə stansiyalıq yuxu: Metro sərnişinləri niyə yuxuya gedir?

17 İyul, 26 / 22:04

Bu ölkə tamamən boşaldılır

17 İyul, 26 / 21:52

İstidən ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM

17 İyul, 26 / 21:38

Şənbə günü çimərliklərdə hava necə olacaq?

17 İyul, 26 / 21:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.