• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
33.8° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bir neçə stansiyalıq yuxu: Metro sərnişinləri niyə yuxuya gedir?

17 İyul, 26 / 22:04
A A

Səhər və axşam saatlarında metropolitenlə hərəkət edənlər üçün bu mənzərə artıq adi hala çevrilib.

Belə ki, vaqona daxil olan kimi oturacaqda gözlərini yuman, başı önə əyilmiş və ya çiynini şüşəyə söykəyərək yuxuya gedən sərnişinlərə demək olar ki, hər qatarda rast gəlmək mümkündür.

Bəziləri cəmi bir-iki stansiya ərzində mürgüləyir, bəziləri isə son dayanacağa qədər yuxudan oyanmır.

Maraqlıdır, insanlar niyə məhz metroda bu qədər rahat yuxuya gedirlər?

Cagdas.az  xəbər verir ki, metroda yuxululuğu artıran əsas amillərdən biri qatarın ritmik hərəkətidir. Elmi araşdırmalar göstərir ki, davamlı vibrasiya, monoton səs və yüngül yellənmə beynin yuxuya keçidini sürətləndirir. Bu təsir elmdə “rocking effect” kimi tanınır. Körpələrin yellənərkən daha rahat yatması da eyni mexanizmlə izah olunur.

Metroda gözlərini yumub qəfil ayılan insanların bəziləri isə əslində dərin yuxuya getmirlər. Onlarda “mikroyuxu” adlanan hal baş verir. Bu zaman beyin cəmi bir neçə saniyəlik fəaliyyətini minimuma endirir. İnsan başının irəli əyildiyini hiss edib qəfil ayılır və çox vaxt yatdığını belə anlamır.

Maraqlı məqamlardan biri də odur ki, metroda yatan insanların əksəriyyəti öz dayanacağını qaçırmır. Alimlər bunu beynin tam fəaliyyətini dayandırmaması ilə izah edirlər. Beyin ətraf mühitdən gələn siqnalları müəyyən səviyyədə emal etməyə davam edir və insanın düşəcəyi stansiyaya yaxınlaşdıqda onu oyada bilir.

Yaponiyada metroda yatan insanlar adi qarşılanır. Hətta bunun xüsusi adı da var – “inemuri”. Bu anlayış “iştirak edə-edə yatmaq” mənasını verir və bəzi hallarda insanın çox işlədiyinin göstəricisi kimi qəbul edilir.

Cənubi Koreya, Çin, Böyük Britaniya və ABŞ-də də ictimai nəqliyyatda yuxuya gedən sərnişinlərə tez-tez rast gəlinir. Xüsusilə Tokio, Seul, Pekin, London və Nyu-York kimi böyük şəhərlərdə uzun iş saatları, saatlarla davam edən yol və intensiv həyat tempi bu halın əsas səbəbləri hesab olunur.

Bakıda da bu mənzərənin tez-tez müşahidə edilməsinin əsas səbəblərindən biri uzun yol məsafələridir. Şəhərin bir çox sakini işə çatmaq üçün hər gün bir neçə nəqliyyat vasitəsini dəyişir, bəzən isə yolda bir saatdan çox vaxt keçirir. Erkən oyanmaq, iş yükü və gündəlik yorğunluq metro vaqonlarını bir çox sərnişin üçün qısa müddətli istirahət məkanına çevirir.\\azxeber.com

Bənzər Xəbərlər

Cəmiyyət

Ebola virusu yenidən can alır – Ölənlərin sayı sürətlə artır

İyul 17, 2026
Cəmiyyət

Sağdan ötməyə hansı hallarda icazə verilir?

İyul 17, 2026
Cəmiyyət

Bu ölkə tamamən boşaldılır

İyul 17, 2026
Cəmiyyət

İstidən ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM

İyul 17, 2026
Cəmiyyət

Şənbə günü çimərliklərdə hava necə olacaq?

İyul 17, 2026
Cəmiyyət

Baş mühasib olma qaydası asanlaşdırıldı

İyul 17, 2026

XƏBƏR LENTİ

Həftəsonu bu bürclər üçün sürprizlərlə dolu olacaq

17 İyul, 26 / 23:00

Ebola virusu yenidən can alır – Ölənlərin sayı sürətlə artır

17 İyul, 26 / 22:47

Qurban Qurbanovdan ŞOK QƏRAR – Onu komandadan QOVDU!

17 İyul, 26 / 22:32

Sağdan ötməyə hansı hallarda icazə verilir?

17 İyul, 26 / 22:17

Bir neçə stansiyalıq yuxu: Metro sərnişinləri niyə yuxuya gedir?

17 İyul, 26 / 22:04

Bu ölkə tamamən boşaldılır

17 İyul, 26 / 21:52

İstidən ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM

17 İyul, 26 / 21:38

Şənbə günü çimərliklərdə hava necə olacaq?

17 İyul, 26 / 21:28

Baş mühasib olma qaydası asanlaşdırıldı

17 İyul, 26 / 21:18

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı

17 İyul, 26 / 21:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.