Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İstidən ölənlərin sayı AÇIQLANDI – ŞOK RƏQƏM

Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuge bəşəriyyəti sarsıdacaq dəhşətli statistikanı açıqlayıb.

Cagdas.az  xəbər verir ki, TASS agentliyinə müsahibə verən regional direktor son dörd il ərzində Avropa regionunda 200 mindən çox insanın anomal istilər səbəbindən həyatını itirdiyini bildirib.

Hans Klyugenin sözlərinə görə, söhbət 2022-2025-ci illəri əhatə edən dövrdən gedir:

“Yalnız son dörd ildə – 2022-ci ildən 2025-ci ilə qədər olan müddətdə – ÜST-nin Avropa regionunda anomal istilər ucbatından 200 mindən çox insan dünyasını dəyişib. Son iyirmi ildə isə istilərlə bağlı ölüm halları 30% artıb. Bu, gələcəyə dair hər hansı bir proqnoz deyil. Bu dəhşət elə indicə, gözümüzün qarşısında baş verir”.

ÜST rəsmisi təşkilatın bu yay rekord istilər səbəbindən qeydə alınan 10 mindən çox izafi ölüm halı barədə bu yaxınlarda təqdim etdiyi məlumatlara da aydınlıq gətirib. O vurğulayıb ki, həmin rəqəm Avropa regionunun yalnız beş ölkəsini əhatə edir, real mənzərə isə daha qorxuludur.

Qeyd edək ki, ÜST-nin Avropa regionu bura daxil olan 53 dövləti birləşdirir. Bu coğrafiyaya Avropa ölkələri ilə yanaşı, Azərbaycan da daxil olmaqla Qafqaz dövlətləri, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi Mərkəzi Asiya ölkələri də daxildir. Mütəxəssislər iqlim böhranının region üçün artıq birbaşa ölümcül təhlükəyə çevrildiyini bəyan edirlər./Musavat.com /